Dünyanın ən böyük telefon istehsalçılarından biri olan Apple şirkəti öz yeni məhsulunun davamlılığını sübut etmək üçün maraqlı bir təcrübə keçirib. Telefon həvəskarlarının böyük maraq göstərdiri ayfon 6 telefonunu göyə qaldıran şirkət, həmin telefonu kilometrlərlə yüksəklikdən yerə çırpmaqla mobil aparatın nə dərəcədə etibarlı olduğunu ortaya çıxarıb. ATVxəbər.az bildirir ki, telefonla yanaşı hava balonuna kamera da bərkidilib. Bu kamera ayfon 6-ının bütün səyahətini görüntüləyib. Teledon 3 saat 45 dəqiqədən sonar kifayət qədər yüksək hündürlükdən yerə çırpılsa da, sıradan çıxmayıb. Doğrudur, mobil telefona kiçik paraşüt bərkidilmişdi. Amma enişdə həmin paraşütdə də texniki nasazlıq baş verib. Yerə çırpılan həssas telefon eyni zamanda mənfi 61 dərəcə şaxtaya, eləcə də sürəti saatda 100 km-i keçən küləyə davam gətirə bilib. Qeyd edək ki, Ayfon istehsalçıları son məhsullara görə dünya miqyasında tənqid hədəfinə çevrilmişdi. Həmin telefonların xüsusilə cins şalvarların cibində əyilməsinin üzə çıxması telefon istehsalçıları tərəfindən heç də xoş qarşılanmamışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?