Modelləri hər zaman incə görürük. Guya modellər heç yemək yemirlər. İnanın ki, düşünülən kimi deyil! Əslində yaxşı yemək yeyirlər. Həm yeyirlər, həm də formada qalmağın bəzi incə sirrlərini tətbiq edirlər.
Məhz podium gözəllərindən aldığımız 5 qidalanma dərsi:
Nahar
Ən böyük pəhriz düşünürsünüz? İstər inanın, istər inanmayın, modellər günü səmərəli keçirmək üçün səhərlər doyunca yemədən çıxmırlar. Çünki səhər yeməyi həm enerji yüksəldir, həm də metabolizmi işlədir.
Su
Sağlam həyat üçün, daim formada qalmaq üçün bol su içmək lazım olduğu bir gerçəkdir. Modellər də bu düsturdan istifadə edirlər. Edie Campbelli Hindistan qozlu, Georgia May qarpızlı su sevir. Siz də daha çox su içmək üçün suyunuzu meyvələrlə dadlandıra bilərsiniz.
Yağ yandırıcılar
Avakado, alabalıq (somon), qəhvə, darçın, acı bibər, qreyfurt, alma, armud, yulaf, sirke, paxlalılar yağ yandırıcı ərzaqlardır. Hər zaman hazırlıqlı olun
Şuvi Riggs, "yanımda həmişə granola bar gəzdirirəm"- deyir. Granola bar Türk mətbəxində mütəxəssisləri tərəfindən tövsiyə edilən taxıl, quru meyvələr, süd və qatıqla hazırlanan bir yemək növüdür.
Zülal, protein
Hər zaman çörək yeməyi sevirik, elə deyilmi? Yediyimiz ət yeməyi olsun, yanında da bol miqdarda çörək. Modellər də bunu sevirlər. Amma özlərini dayandırmağa nail olurlar. Məsələn, Anastasia Ivanova podiuma üç gün qalmış cheeseburger yeməyi dayandırır. Kilo vermək istəyirsinizsə, ətdən və çörəkdən imtina etməlisiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?