2 gün əvvəl internetdə Azərbaycanda eskort xidmətlər təklif edən ilk saytın yaradılması ilə bağlı xəbər cəmiyyəti silkələdi.
Həmin sayt intim xidmətləri, yəni fahişəlik xidmətlərini təklif edirdi.
Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilmişdi. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək.
Məlumat saytlarda dərc olunan kimi reaksiya verildi. Əvvəla, aydın oldu ki, saytda fotoları verilən, guya azərbaycanlı olduğu deyilən fahişə qızlar əslində Qərbdə tanınmış modellər imiş.
Hazırda sayt fəaliyyətini dayandırıb.
Lakin fahişələrin öz elanlarını verdikləri digər portallar var. “Mail.ru” və “odnoklassniki.ru ” sosial şəbəkəsində intim xidmətlər haqda elanların sayı-hesabı yoxdur.
Xüsusən də azərbaycanlı transseksuallar daha aktivdir. Onlar çəkinmədən öz fotolarını yerləşdirir, transseksual olduqlarını vurğulayırlar. Məlumat yerində həmçinin ev ünvanlarını, göstərəcəkləri intim xidmətlərin növlərini sadalayırlar.
“Ayka”, “Səbişka”, “Leyluşka”, “Mədişka” və digər bu kimi adlar altında yüzlərlə elan var. Bunlar hamısı real ünvanlarda yaşayan fahişələrdir. Üstəlik, mobil telefonları da qeyd olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?