ARB TV-nin “Günə Doğru”proqramındamasaj salonları ilə bağlı maraqlı sujet yayımlanıb.
Masaj salonları… Bu ad altında çıxılan min hoqqa. Mədəni istirahət adı altında dırnaqarası xüsusi xidmət təklif edən masaj salonlarının fəaliyyəti çoxlarını narahat edir.
Yerli mediaya açıqlama verən deputat Tahir Kərimlinin “masaj salonları, gecə klubları var. Orda lazımsız hərəkətlər olur. Eşidirik. Bunlara çox ciddi nəzarət etmək lazımdır” – sözləri əsasında TV araşdırma aparıb.
Ayaq basılan əksər masaj salonları normal çəkiliş aparmağa icazənin verilməməsi şübhə doğurmaya bilməzdi.
Jurnalistlər məcburiyyət qarşısında qalıb, bildikləri üsulla həmin salonlardakı abu-havanı yoxlamaq qərarına gəlib.
Məsələ aydın oldu, masajçı xanımlar başqa xidmətlər də göstərirlər. Bu, məsəlin bir tərəfi. Digər tərəfdən masaj salonu adı altında hostel kimi də xidməti göstərən obyektlər varmış.
Cəlbedici olmayan bu məkanda xüsusi yataq yerləri hazırlanıb və köhnə peşə ilə bağlı xidmətlər təklif edilir.
Qanunla bu cür xidmətlər təklif edən və buna şərait yaradan obyekt sahiblərinə ciddi cəzalar nəzərdə tutulur.
Vəkil Teymur Baloğlanov deyir ki, Cinayət Məcəlləsinin 243 və 244-cü maddələri var. 243-cü maddəyə əsasən fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur 244-cü maddəyə əsasən isə, əxlaqsızlıq yuvalarını təşkil etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Belə cür hallar həm də qanunvericilikdə insan alverinin predmenti kimi qəbul edilir. Bunun həm də mənəvi tərəfi var ki, millət vəkilləri qanunvericiliyi sərtləşdirməklə analoji faktları önləməyi təklif edirlər.
Sorğu
Yeni dizaynımız necədir?