GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Yol böyüyündür” deyiblər

“Yol böyüyündür” deyiblər

Tarix: 31-03-2015, 01:47 Bölmə :Maraqlı Baxış: 0
“Yol böyüyündür” deyiblər

“Yol böyüyündür” deyiblər

Yolda böyüklər isə polis görəndə hələ ki, özlərini qorxaq deyil, qoçaq kimi göstərməyə çalışan avtobus sürücüləridir

Problem onu həll etmək üçündür. Hər zaman müxtəlif səpkili problemlər insan həyatında bir mübarizliyə dönüşlə nəticələnib. Amma elə problemlər var ki, virus kimi cəmiyyətin qanını sorur, canını məhv edir.

Bu gün ictimaiyyəti narahat edən çox ciddi problemlərdən biri də sürücü əxlaqı, sürücü davranışıdır. Özü də avtobus sürücülərinin iş tərzi ilə sıx təmasda olaraq onların kobud, heç bir çərçivəyə sığmayan davranışları ilə rastlaşan yüz minlərlə insan artıq hər gün təkrarlanan eyni məcaralardan zinhara gəlib.

Nə yollarda tez-tez rast gəlinən avtomobil çilləkənləri (tıxaclar), nə avtobus dayanacaqlarını məşğul edən taksilər avtobus sürücülərinə əsas vermir ki, onlar sərnişinlərlə kobud rəftar etsinlər, nalayiq hərəkətlərə yol versinlər.

Avtobus sürücülərinin, demək olar ki, əksəriyyəti siqaret çəkir. Baxmayaraq ki, salonda siqaret çəkməyin qadağan olduğu barədə elan asılıb (o da bir müddət asdılar, sonra əhəmiyyətsidir deyə yığışdırdılar), amma buna heç bir sürücü məhəl qoymur.

Dayanacaqdan kənarda saxlanılan avtobusa görə sürücülər bir müddət cərimələnsələr də eyni şey yenə də təkrarlanır. Cünki nəzarət mümkünsüzdür. Nəqliyyat nazirliyinin bir o qədər işçisi haradadır ki, yollara düzülüb avtobus sürücülərinə nəzarət etsinlər.

Avtobusun idarə olunmasında baş verən kobudluqlar da heç bir çərçivəyə sığmır. Maşına elə qaz verib yerindən tərpədirlər ki, sərnişinlər bir-birinə dəyir. Əyləci basmaqları ondan da betərdir. Bilinmir əşya daşıyırlar, yoxsa sərnişin. Məəttəldir ki, sərnişinlərdən biri dillənsin. Sürücü onun abrını ətəyinə bükür ki, “xoşun gəlmir, minmə!” Yəqin ki, bu ixtiyarı maşın sahibləri sürücülərə verib.

Maşınların belə idarə olunmasında elə maşın sahibləri özləri də ziyana düşürlər. Hər hansı bir detal, lap elə avtobusun özü vaxtından əvvəl sıradan çıxır. Avtobus sürücüsü sərnişinlərlə kobud rəftar etdiyi kimi maşınla da vəhşicəsinə davranır.

Bir də görürsən iritutumlu avtobusların sürücüləri “hansımız tez çatarıq” deyib bir-birləri ilə yarışırlar. Kənardan durub müşahidə etdikdə onların avtobus deyil, sanki velosiped sürdüklərini nəzərdə tutduqlarını zənn edirsən.

Əvvəllər yolun kənarında dayanan Dövlət Yol Polisi əməkdaşını görən nəinki avtobus sürücüləri, bütün sürücülər özlərini yığışdırardılar. Son vaxtlar polis əməkdaşları yalnız tıxacları təmizləmək, qəza zamanı yol-nəqliyyat hadisəsinin səbəblərini araşdırmaq üçün yollara çıxdığından sürücülər artıq belə rastlaşmaya aludə olublar. Əllərində tutduqları ala dəyənəyi yelləyərək sürəti artırıb yolu boşaltmağı sürücülərdən tələb edən polis əməkdaşları şərti refleks kimi avtobus idarə edənlərin yaddaşlarında həkk olunublar. Odur ki, yolun kənarında dayanan polisi görən sürücülər məsuliyyətli olub özlərini yığışdırmaq əvəzinə sürətlərini bir az da artırıb əndazədən çıxırlar.

Hər gün müxtəlif peşə sahiblərindən olan yüz minlərlə insan bu və ya digər problemini həll etmək üçün mənzil başına gedərkən avtobusların xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar. Avtobus sürücülərinin kobud hərəkətləri, qeyri-etik davranışları onların psixikasına müxtəlif təsirlər edir, ovqatlarını korlayır. Bu da sərnişinlərin iş yerlərində, evlərində, lap elə küçədə, digər ictimai yerlərdə öz təsirini göstərir və dərəcəsindən asılı olmayaraq fəsadlarını göstərir.

Əlbəttə ki, bu problemlərin aradan qaldırılması istiqamətində istər Nəqliyyat nazirliyi, istərsə də Dövlət Yol Polisi İdarəsi tərəfindən müəyyən əməli işlər həyata keçirilir və ardıcıl olaraq keçiriləcəkdir. Amma hələ ki, problemlər öz təsirini göstərərək cəmiyyəti iflic edir. Necə deyərlər, biz azərbaycanlılar hər zaman böyüklərdən nümunə götürmüşük. Mədəniyyət hesab etdiyimiz YOLda isə hələ ki, Avtobus sürücüləri BÖYÜKLƏR hesab olunurlar. Onlara isə YOL verilmədiyindən özlərini BÖYÜK kimi aparmaq, cəmiyyətdə məsuliyyəti hiss etmək əvəzinə həm bir-birinin, həm də sərnişinlərin qarşısında, lap elə polis əməkdaşlarının gözləri önündə qorxaq deyil, qoçaq kimi göstərməyə çalışaraq, vulkan kimi püskürüb hirslərini palçıq olaraq hamının üzərinə yağdırırlar.

Nəticədə acısını bütün cəmiyyət çəkir. Bəlkə bu barədə hamılıqla düşünək, cənablar!

ƏLİ BƏY AZƏRİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sükan arxasında qaydanı pozan avtobus sürücülərinin görüntüsü - (Video)

    Sükan arxasında qaydanı pozan avtobus ...

    10-10-2014, 11:38

  • 
  • Özbaşınalıq edən avtobus sürücülərinə qarşı "ictimai müharibə” başladı - (Fotolar)

    Özbaşınalıq edən avtobus sürücülərinə qarşı ...

    13-10-2014, 14:30

  • 
  • Nəqliyyat Nazirliyi avtobus sürücülərinin əmək haqqını açıqladı

    Nəqliyyat Nazirliyi avtobus sürücülərinin əmək ...

    30-05-2013, 13:21

  • 
  • Avtobus sürücüsüylə qadın sürücü arasında dava – VİDEO

    Avtobus sürücüsüylə qadın sürücü arasında dava – ...

    22-11-2014, 23:30

  • 
  • Bakıda avtobus özbaşınalığı - VİDEO

    Bakıda avtobus özbaşınalığı - VİDEO ...

    24-10-2017, 12:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu