Avropa Komissiyası nümayəndəsi Şima: "Facebook hesabınızı təcili bağlayın!"
Avropa Komissiyası nümayəndəsi Bernard Şimanın, "Facebook"la bağlı açıqlaması gündəmə bomba kimi düşüb.
"Məlumatlarınızın ABŞ rəhbərliyi tərəfindən görülməsini istəmirsinizsə, hesabınızı təcili bağlayın. Ən kiçik bir narahatlıq varsa, "Facebook" hesabınızı bağlamağı düşünə bilərsiniz", - deyə rəsmi nümayəndə bildirib.
Amerikan Milli Təhlükəsizlik Agentliyinin (NSA), 2010-ci ildən bu yana cib telefonlarını dinləməsi, SMS-ləri oxuması barədə iddialar, Şimanın bu xəbərdarlığı etməsinə səbəb olub.
Xüsusilə ABŞ mərkəzli "Facebook"un NSA tərəfindən illərdir izlənildiyi və məlumatların yığıldığı da, çox müzakirə edilən iddialar arasında yer alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?