Nazir sosial şəbəkə vasitəsilə etirazlara çağırışları pisləyib
DİN rəhbəri Ramil Usubov facebook sosial şəbəkəsi vasitəsilə etiraz aksiyalarına çağırışları dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin cəhdləri kimi qiymətləndirib. Bu barədə o, martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş mərasimində çıxış edərkən bildirib. Onun fikrincə, bəzi qüvvələr ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə edərək, sosial şəbəkə vasitəsilə gəncləri etiraz aksiyalarına təhrik edir, “cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa” cəhd edir. Lakin Usubovun fikrincə, bu, uğursuz cəhdlərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?