Statistikaya əsasən, 2012-ci ildə ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilib və təmir olunub. 2006-2015-ci illər ərzində isə respublika əhəmiyyətli 3578 kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri planlaşdırıldığı bildirilir.
Ötən ilin avqust ayına olan məlumatlara görə, yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə qiymətlər 0,4 faiz ucuzlaşıb. Amma indiyə qədər çəkilən xərclər, ayrılan vəsaitlər bu sahədə ucuzlaşmadan yox, bahalaşmadan xəbər verir. Konkret olaraq, 2013-cü il dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üçün 7 milyard manat planlaşdırılıb. Ümumi bölgüdə ən böyük pay Nəqliyyat Nazirliyinə düşüb - 1 milyard 022 milyon 130 min manat. Diqqəti çəkən isə vəsaitin böyük hissəsinin təkrar təmirlər sayəsində illərdir davam edən yol layihələri üçün nəzərdə tutulmasıdır. Konkret olaraq "Magistral yol-II" layihəsində Azərbaycan tərəfinin bu ilki payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə, Dünya Bankı) 70 milyon manat planlaşdırılıb. Bununla sözügedən layihə üzrə Azərbaycan tərəfinin xərclədiyi vəsait 390 milyonu haqlayıb. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi ilə əlaqədar 40 milyon manat nəzərdə tutulub. 2009-2012-ci illər ərzində sözügedən investisiya layihəsinə 115 milyon manat xərclənib. Çox güman ki, gələcəkdə smeta daha da böyüyəcək. "Yol Şəbəkəsinin İnkişaf Proaqramı-Layihə-3"- Masallı-
Astara avtomobil yolunun maliyyələşdirilməsində Azərbaycan tərəfinin payı 80 milyon manatı haqlayıb.
Bu yolun tikintisi də 2008-ci ildən indiyədək tikilir və nə vaxt yekunlaşacağı məlum deyil… Tikintinin uzanması da bu yol tikintisində hələ çox maliyyənin üstündən su içiləcəyi anlamına gəlir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?