GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...

Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...

Tarix: 19-07-2013, 10:42 Bölmə :İqtisadiyyat Baxış: 873
Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...
Maliyyə naziri Samir Şərifov bu barədə məlumat verib


"2013-cü ilin birinci yarımilliyində Azərbaycanın icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9 faiz) çox icra olunub". Bunu ötən gün prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, 6 ayda dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz (1 milyard 391 milyon manat) çox olub. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8 faiz çox icra edilib.

Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılıb.

"Hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 187 hərbi qulluqçu dövlət büdcəsinin vəsaiti hesabına Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ildə və 2013-cü ilin 6 ayı ərzində mənzillərlə təmin edilib. Bu iş davam etdirilir. İyul ayının 1-dək 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələri, əvvəldə qeyd etdiyim kimi, 597 milyon manat məbləğində vəsait alıb. Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında təmin edilib.

Tam əminliklə demək olar ki, postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə qat-qat aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olub.

2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat vəsait istifadə olunub".

S.Şərifov ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 2 milyard 129 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 858 milyon manat, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 93 milyon manat, Bakı Metropoliteninə 326 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş qazlaşdırma tədbirlərinə 80 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün 430 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün 187 milyon manat vəsait yönəldilib.

Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Şirkətinə 100 milyon manat vəsait ayrılıb.

Son 10 il ərzində elektrik enerjisi hasilatının yüksəldilməsi, enerji müstəqilliyimizin və əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə bu sahəyə daxili və xarici mənbələr hesabına 3,1 milyard manat məbləğində investisiya qoyulub. Yaxın günlərdə 780 MVt gücə malik “Cənub” elektrik stansiyasının istismara verilməsi Azərbaycan elektrogenerasiyası tarixində böyük bir hadisə olub.

Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 225 milyon manat vəsait sərf edilmişdir. Bu 2012-ci ilin eyni dövrü ilə müqayisədə 107,0 milyon manat və ya 1,9 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə 139 milyon manat, ölkəmizin rayon və şəhərlərin yerli xərclərinə 424 milyon manat dotasiya ödənilib.

Son illər ərzində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan 451 milyon manat vəsait hesabına əhalisinin sayı 1,1 milyon nəfər təşkil edən 51 rayon və 7 şəhər üzrə 685 yaşayış məntəqəsini birləşdirən 757 kilometr kənd və qəsəbələrarası avtomobil yolları tikilərək istifadəyə verilmiş, 713 kilometr yolda isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Sahibkarlığa dəstək üçün cari ilin 6 ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2066 sahibkara 180 milyon manat güzəştli kredit verilib. Bunun da 130 milyon manatını (keçən ilin müvafiq dövrü ilə müqayisədə 81,0 milyon manat - 2,7 dəfə çox) cari ilin dövlət büdcəsindən ayrılmış vəsait təşkil edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun qüvvəyə mindi

    Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun ...

    1-01-2014, 18:50

  • 
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32

  • 
  • Banklardan 21 milyon sığorta haqları toplanacaq

    Banklardan 21 milyon sığorta haqları toplanacaq ...

    5-02-2014, 13:39

  • 
  • Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib

    Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib ...

    12-11-2013, 11:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu