I Avropa Oyunları ilə bağlı əşyalara maraq böyükdür. ANS TV-nin məlumatına görə, paytaxtda fəaliyyət göstərən Avropa Oyunlarının satış dükanlarında alıcı qismində yerli vətəndaşlarla yanaşı xarici qonaqlara da rast gəlmək olar. Ümumilikdə qiymətlərə nəzər saldıqda, bunun orta statistik avropalının cibinə uyğun olduğunu demək olar.
Avropa Oyunlarının simvolu sayılan və daha çox uşaqların diqqətin çəkən ceyran və nar oyuncağının qiyməti ölçüsündən asılı olaraq 15-25 manat arasında dəyişir. Üzərində “Baku 2015” yazıları həkk olunan köynəkləri isə 12 manat 50 qəpikdən başlayaraq 14 manata qədər əldə etmək olar. Amma turistlərin bəziləri daha çox markalara maraq göstərir.
Çinli turist isə İlk Avropa Oyunlarının möhtəşəm hadisə olduğunu və Azərbaycandan dostlarına, yaxınlarına xatirə hədiyyələri aparmaq istədiyini dilə gətirib.
Üzərində idman növlərinin təsvir olunduğu fincanlar 4 manata, üç rəngdə dəsmal dəstini isə 14 manata almaq olar. Müxtəlif rənglərdə hazırlanmış çantaları 16 manat ödəməklə əldə edə bilərsiniz.
Budan başqa UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayıların qiyməti ölçülərinə görə 30 manatdan 60 manata qədər dəyişir. Satıcılar deyirlər ki, Şəkidə və İsmayıllıda hazırlanan bu kəlağayılara daha çox xaricdə yaşayan azərbaycanlılar maraq göstərir. I Avropa Oyunlarının satış məntəqələri oyunlar bitənə qədər paytaxt sakinlərinə və turistlərə xidmət göstərəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?