Azərbaycan Prezidenti İlham Əliyev Belarus paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasiminə qatılmayacaq. Bu barədə Sputnik Belarus hökumətdəki mənbələrə istinadən xəbər verir.
"Prezident olmayacaq. Azərbaycanı parlamentin spikeri təmsil edəcək", - deyə mənbə bildirib.
Qeyd edək ki, Belarus paytaxtı Minskdə 21-30 iyun tarixlərində II Avropa Oyunları keçiriləcək. Oyunlara 50 ölkədən 4 mindən çox idmançının qatılacağı gözlənilir.
Qeyd edək ki, ilk Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
Sorğu
Yeni dizaynımız necədir?