GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda yeni reketlər peyda olub - FOTO

Azərbaycanda yeni reketlər peyda olub - FOTO

Tarix: 15-07-2015, 13:03 Bölmə :Maraqlı Baxış: 0
Azərbaycanda yeni reketlər peyda olub - FOTO

Bu reketlər vətəndaşların evlərinə gəlirlər, telefonla zəng vururlar, hədə-qorxu gəlirlər. Hədə ilə vətəndaşdan tələb edirlər ki, hansısa banka olan borcu qaytarsınlar. Həm də ki, belə tələblər irəli sürənlər real borcu deyil, qat-qat üstün məbləğdə ödəniş edilməsini istəyirlər.

Milli.Az xəbər verir ki, yeni reketlərin fəaliyyəti sosial şəbəkədə geniş müzakirə olunur.

Jurnalist Mahir Məmmədli yazır ki, bankların xidmәtindәn reket kimi istifadә etdiyi kollektor agentliyinin qoçuları ilә bir il әvvәl tanış olub. Bankların birinə 200 manat civarında borcu var idi:

"Bir nәfәr zәng vurdu ki, sәnin banka 1300 manat (!) borcun var. Dedim ki, bu, hәqiqәt deyil. Bundan sonra mәni vә zamin dostumun Gәncәdәki ailәsini narahat etmәyә başladılar. Nәhayәt, mәlum oldu ki, bu adam bank işçisi deyil, keçmiş reket jurnalistdir vә Bakı Kollektor Agentliyindә işlәyir. İsrar elәyirdi ki, ona әlbәәl 1300 manat verim. Mәn isә Unibank-ın ödәmә aparatından 300 manat ödәdim vә kollektora nәğd pul vermәdim. Vә... bir gün hәmin adam dedi ki, 200-300 manat ver, sәnin borcunu sildirim. Şübhәlәndim, getdim banka, aydın oldu ki, borcumdan artıq ödәniş etmişәm. Artıq ödәnişi geri qaytardılar. Bundan sonra eşitdim ki, borc bağlanandan sonra keçmiş reket jurnalist, indiki reket kollektor zamin dostuma zәng vurub ki, telefon şirkәtindә işlәyirsәn, mәnә kameralı telefon ver, söhbәt bitsin. Banklar belә fırıldaqçılardan istifadә edirlәr, borcluları bezdirirlәr. Mәni aldada bilmәdilәr. Amma indiyә qәdәr aldananlar da çox olub yәqin ki".

Azərbaycanda yeni reketlər peyda olub - FOTO

Məsələnin kifayət qədər ciddi olduğunu nəzərə alaraq, məsələni araşdırmağa, bu cür qurumların fəaliyyətinin nə qədər leqal olduğunu öyrənməyə çalışdıq.

Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, belə qurumların fəaliyyətinin hüquqa heç bir aidiyyəti yoxdur.

"Kimsə bankdan kreditlə pul götürübsə, bu müqavilə münasibətidir. Krediti qaytarmayan adamdan yalnız məhkəmə yolu ilə tələb etmək olar. Ya könüllü ödəməlidir, ya da ki məhkəmə yolu ilə ödəmək olar. Hansısa təşkilatlarla bankların müqavilələri ola bilər. Adətən hüquq firmaları ilə olur belə müqavilələr. Onlar da danışıqlar yolu ilə çalışırlar ki, problemi həll etsinlər. Kiməsə hədə-qorxu gəlmək, artıq pul tələb etmək, sözsüz ki, qanunsuzdur. Belə hadisələrlə üzləşən adamlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər", - o əlavə edib.

Hüquqşünas deyir ki, "kollektor agentlikləri" hədə-qorxu gəlirlər, ancaq vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edəndə, hədə-qorxu gəldiklərini dana bilərlər. Çünki vətəndaşın əlində əgər telefon danışığının lent yazısı, video görüntü və ya başqa sübut yoxdursa, heç nə sübut edə bilməyəcəklər. Onlar da iddia edəcəklər ki, guya hədə-qorxu gəlmirlər. Sadəcə, qanun çərçivəsində tələb edirlər ki, borcu ödəsin.

Azərbaycanda fəaliyyət göstərən kollektor agentliklərindən birinin rəsmi internet səhifəsi də var. Orada fəaliyyətləri barədə belə məlumat verilir:

Soft collection (yumşaq toplama) - vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsi, onun gedişində kollektor agentliyi borclu ilə məsafədən ünsiyyət qurur: ona borc haqqında poçt bildirişi, SMS-məlumat göndərir, telefonla zəng vurur və elektron poçtla məktublar göndərir;

Hard collection (sərt toplama) - Agentliyin əməkdaşları borclu ilə onun yaşadığı yerdə və ya iş yerində şəxsi əlaqə həyata keçirirlər.

Legal collection (hüquqi toplama) - kollektorlar borcluya münasibətdə məhkəmə araşdırması açırlar və məhkəmədə kreditorun maraqlarını məhkəmədə təmsil edirlər.

Azərbaycanda yeni reketlər peyda olub - FOTO

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, hədə-qorxu ilə pul tələb etmək cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 182.1. maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vətəndaşları da belə reketlərə qarşı diqqətli olmağa çağırırıq. Kimsə evinizə gəlib sizdən hədə-qorxu ilə pul tələb edərsə, onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməniz kifayətdir.

Teymur Hacıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhsa Mehdili: “Hökumət tamamilə başını itirib” – Müsahibə

    Məhsa Mehdili: “Hökumət tamamilə başını itirib” – ...

    22-05-2019, 15:10

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Araq içdi, özünü yandırdı - Banka borcu varmış...

    Araq içdi, özünü yandırdı - Banka borcu varmış... ...

    23-02-2016, 16:55

  • 
  • Kredit borcu olanlara şad xəbər – VİDEO

    Kredit borcu olanlara şad xəbər – VİDEO ...

    10-12-2017, 21:06

  • 
  • “Bankla yazılı razılıq əldə etməyincə kreditlərinizi ödəməyin”

    “Bankla yazılı razılıq əldə etməyincə ...

    10-01-2017, 11:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu