GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bankla yazılı razılıq əldə etməyincə kreditlərinizi ödəməyin”

“Bankla yazılı razılıq əldə etməyincə kreditlərinizi ödəməyin”

Tarix: 10-01-2017, 11:38 Bölmə :Ölkə Baxış: 1 464
“Bankla yazılı razılıq əldə etməyincə kreditlərinizi ödəməyin”

Ekspert vətəndaşları bankların aldadıcı vədinə inanmamağa çağırır Əkrəm Həsənov: “Hər ödənişdən sonra bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin»
Problemli kreditlərin artdığı bir vaxtda vətəndaşların banklarla daha bir problemi ortaya çıxıb. Bizimyol.info xəbər verir ki, bu barədə bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov açıqlama verib. “Borclu vətəndaşlarımız tez-tez soruşur: “Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim?”.

Həm manat, həm də dollar kreditlərinə dair başqa sual da verirlər: “Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu necə ola bilər?”
Belə hallar ona görə baş verir ki, insanlarımz sadəlövhcəsinə bankların şifahi vədinə inanır. Heç bankirin sözünə inanmaq olar? Qətiyyən olmaz! Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin.

Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir (bu barədə ətraflı aşağıda əlavə yazacağam). Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, canın çıxsın məzənnə fərqini də, cərimələri də ödə. Böyük ehtimalla heç olmasa üzünə tüpürmək üçün sizə vədi vermiş adamı da tapmayacaqsız: ya işdən çıxıb, ya da başqa bölməyə keçirilib”.

Əkrəm Həsənov bildirir ki, ikinci məsələ də banklarımızın məşhur fırıldaqlarından biridir: gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması.

“Məsələn, vətəndaşın banka 5000 manat əsas borcu qalıb. Ayda 250 manat ödəməlidir: 200 manat əsas məbləğ, 50 manat da faiz. Vətəndaş 3 aydır ki, borcunu ödəyə bilmir. Yəni 750 manatı gecikdirir. Həmin borcun 600 manatı əsas borc, 150 manatı isə faiz borcudur. Kredit müqaviləsində yazılıb ki, hər gecikdirilən günə görə bank 1% cərimə tutacaq. Yəni bank ona artıq 450 manat cərimə hesablayıb.

Vətəndaş qohum-tanışından 750 manat borc götürür və banka ödəyir. Düşünür ki, ödədi. Lakin bank həmin məbləğin 450 manatını cərimə kimi tutur. Qalan 300 manatın 150 manatını faiz borcu kimi tutur. Yalnız 150 manatı əsas borcun ödənilməsi kimi qeyd edir. Nəticədə vətəndaşın əsas borcu 4850 manat olur. Bankın ödəniş qrafikinə görə isə 4400 manat olmalı idi. Buna görə də bank 450 manatı (cərimə kimi tutduğu məbləği!) gecikmə kimi nəzərə alır və həmin məbləğə yenə də cərimə hesablamağa başlayır.

Əlbəttə, bu gedişlə vətəndaş ömrünün axırına kimi banka borclu qalacaq! Lakin bunu bilmir! Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir də. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə bir təhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Onda başa düşür ki, borcun tam və ya xeyli hissəsinin ödənildiyini zənn edir, bank isə ona: “Nə danışırsan, sənin bizə hələ filan qədər borcun qalıb?!” deyir”.

Ekspert bu kimi hallarda nə etmələri barədə vətəndaşlara məsləhətlər verib. “Əvvəla, onu deyim ki, kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!

Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin! İndiyədək etdiyiniz ödənişləri ilkin ödəniş qrafiki ilə tutaşdırın! Sizi əmin edirəm ki, əksəriyyətiniz ciddi fərqlər tapacaqsız. Özünüzü aldatmağa qoymayın!

Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin! Qoy bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Əvvəla, ona görə ki, məhkəmədə bankın yol verdiyi qanun pozuntularını mübahisə edə bilərsiz. Məsələn, faizlərin qanuna zidd olaraq ildə bir dəfə deyil, ayda bir dəfər tutulmasını, ödənişlərinizdən ilk növbədə cərimənin tutulmasını və s. Digər tərəfdən isə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alın: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək. Düzdür, ödənişlərinizdən ilk növbədə dəbbə pulunun tutulmasının qanunsuz olduğunu yenə də sübut edə bilərsiz, amma hər halda bu, daha çox səy və vaxt tələb edir.

Onu da nəzərə alın ki, banklar indi problemli kreditlərin içində batır. Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər. Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq. Buna görə də haqqınızı tələb edin! Cərimələri silməyincə, sizdən onları tutmadıqlarına əmin olmayınca, kreditləri ödəməyin!” - deyə ekspet bildirib.

Rəşad VAQİFOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mərkəzi Bank məzənnə dəyişikliyi etdi, dollar ucuzlaşdı - CƏDVƏL

    Mərkəzi Bank məzənnə dəyişikliyi etdi, dollar ...

    9-03-2015, 14:22

  • 
  • "Nəzarət olmasa, dollar 2-3 manat ola bilər"

    "Nəzarət olmasa, dollar 2-3 manat ola ...

    21-12-2015, 14:44

  • 
  • Ekspert: Manat gerçək dəyərini tapana qədər 'uçacaq'

    Ekspert: Manat gerçək dəyərini tapana qədər ...

    2-09-2016, 12:00

  • 
  • Azərbaycanda problemli kreditlər – 1 milyard

    Azərbaycanda problemli kreditlər – 1 milyard ...

    4-11-2014, 12:15

  • 
  • Mərkəzi Bankdan "1 dollar = 2 manat" xəbəri ilə bağlı AÇIQLAMA

    Mərkəzi Bankdan "1 dollar = 2 manat" ...

    28-12-2015, 13:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu