WhatsApp bu ilin əvvəlində veb versiyasını istifadəyə verdi. Ancaq WhatsApp Web Android və Windows Phone üçün aktiv olsa da, iPhone istifadəçiləri bu xidmətdən yararlana bilmirdilər.
gundemxeber.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, xidmət iPhone üçün də təqdim olundu.
Xidmətdən istifadə etmək üçün telefonda WhatsApp proqramını aç. Daha sonra alt tərəfdə yerləşən ayarlar (settings) bölməsinə bas. Kompüterdə WhatsApp Web saytına daxil ol. iPhone-da proqramın ayarlar bölümündən WhatsApp Web seç. Sonra kompüterin ekranında açılan QR kodu kameranın köməyi ilə skan et.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?