Bir müddət əvvəl istifadəyə veriləmn “WhatsApp”ın veb versiyasında problemlər olduğu üzə çıxıb.
gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, 800 milyona yaxın istifadəçiyə sahib “WhatsApp”ın yeni tətbiqini android istifadəçiləri istifadə etməyə başlayıb, lakin yeni xidmətin təhlükəsizlik məlumatlarında səhvlərin olduğu aşkar edilib.
17 yaşlı təhlükəsizlik bloqqeri İndrajit Bhuyan “WhatsApp”ın veb versiyasında olan problemləri izah edən hesabat dərc edib. Onun müşahidələrinə əsasən, təhlükəsizlik məlumatları mobil istifadə zamanı yaxşı işləsə də veb versiyasında bu o qədər də ürəkaçan deyil.
Bhuyanın hesabatında digər vurğulanan problemlərdən biri də profil şəkli ilə əlaqədardır. Belə ki, istifadəçi gizlilik tənzimləmələrində profil şəklini sadəcə dostları üçün açıq saxlasa da bunun hamı tərəfindən göründüyü məlum olub.
Bütün bu problemlər isə “WhatsApp”ın veb versiyasını təqdim etmədən əvvəl kifayət qədər sınaqdan keçirmədiyini göstərir.
Qeyd edək ki, 2014-cü ilin fevralında “WhatsApp” mesenceri 19 milyard dollara "Facebook" şirkəti tərəfindən alınıb.
Sorğu
Yeni dizaynımız necədir?