GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bankir, villasının gözətçisini necə milyonçu edib - sensasiya!

Bankir, villasının gözətçisini necə milyonçu edib - sensasiya!

Tarix: 7-09-2015, 17:55 Bölmə :Maraqlı Baxış: 0
Bankir, villasının gözətçisini necə milyonçu edib - sensasiya!

Cahangir Hacıyev haqda heç yerdə getməyən heyrətamiz xəbərlər ; Beynəlxalq Bankın sabiq rəhbəri sıravi işçilərinin adına milyonlarla kredit sənədləşdirib, onları banklara borclandırıb; “Bank Technique”də depoziti olanlardan 20 faiz “şapka” istənilir; bəzi müştərilərə isə bankdakı pullarının əvəzində Hacıyevin tikdirdiyi binalardan ev almaq təklif edilir...

“Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC) ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Bu haqda indiyədək mətbuatda çox yazılıb. “Yeni Müsavat” da mövzu ilə bağlı əldə etdiyi məlumatları vaxtaşırı ictimailəşdirir.

“Bank Technique”də maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) böhrana girməsindən sonra başladı. Bu ilin martında ABB-nin rəhbəri Cahangir Hacıyev tutduğu vəzifədən çıxarıldı. İlk vaxtlar bu, fəqrli şəkildə yozulurdu. Lakin may ayında bir çox tanınmış iş adamının, iri şirkətlərin rəhbərlərinin kredit borcuna görə həbs edilmələri Cahangir Hacıyevin personasını yenidən gündəmə gətirdi.

Məlum oldu ki, C.Hacıyev son illər 6 milyard dollar (bəzi iddialara görə 10 milyard) məbləğində maliyyə vəsaitini kredit adı ilə mənimsəyib. O, bir çox şirkətlərə, iş adamlarına yüz milyonlarla, hətta milyardlarla manat kredit verib. Lakin götürülən kreditlər geri qaytarılmayıb.

Bundan sonra Cahangir Hacıyevin nəzarətində olan “Bank Technique”də də ciddi böhran başladı. Artıq bu bank tam iflas həddindədir. Son durumla bağlı dəqiq bilgi almaq üçün əməkdaşımızı “Bank Technique”nin mərkəzi ofisinə yolladıq. Müxbirimizin qeydlərini oxucuların diqqətinə çatdırırıq:

“Hazırda bankla müştərilər arasında da ciddi narazılıq var. Müştərilər banka qoyduqları depozitlərini geri ala bilmirlər.

Musavat.com-un əldə etdiyi məlumata görə, bankın filialları müştərilərdən alınan depozitləri geri qaytara bilmir. Problemin həlli üçün isə müştərilər baş ofisə göndərilir.

Bankın Babək prospektindəki baş ofisində olarkən depozitlərini almağa gələn bir neçə müştəri ilə söhbət edə bildik. Söhbətdən əvvəl bankda apardığımız müşahidə onu göstərdi ki, depozitlərin qaytarılması, demək olar ki, həyata keçirilmir. Bankda əsasən pul köçürmələri, ödənişlər həyata keçirilir.

Bankın ödəniş terminalları əksər yerlərdə faəliyyətini dayandırıb. Elə baş ofisdə olan ödəniş aparatı da işləmir. Ödənişlər kassalarda həyata keçirilir.

Baş ofisdə olduğumuz müddətdə müştərilərdən biri ilə söhbətimiz zamanı məlum oldu ki, 2 aydan çoxdur baş ofisin yollarındadır. Müştəri 27 min dollar depozitini ala bilmir. Depoziti bir il əvvəl bankın Nərmianov filialına qoyan müştəri iki ay əvvəl pulunu geri almaq istəyib. Lakin filialdan pulu geri qaytarmaq imkanlarının olmadığını deyərək, onu baş ofisə göndəriblər. Müştəri də 2 aydır baş ofisə gedib-gəlir. Müştərilərə problemin sentyabr ayında həll ediləcəyi vədi verilib.

Bankın əksər ATM-lərində pul yoxdur. Müştərilər öz hesablarından pul çəkə bilmirlər. Bu əməliyyatı yerinə yetirmək üçün müştərilərə limit qoyulub. Limit günlük 200-300 manatdan çox deyil.

Əmanətlərinin geri qaytarılması sual altındadır. Mərkəzi Bankdan maliyyə vəsaiti ala bilməyən bank müflis olmaq təhlükəsi qarşısındadır. Maliyyə problemi yaşayan bank xeyli sayda əməkdaşını da ixtisar edib, bir neçə filialını da bağlayıb".

***
“Yeni Müsavat”a daxil olan məlumata görə, “Bank Technique” rəhbərliyi pulunu geri almaq istəyən fiziki və hüquqi şəxslərdən 20 faiz “şapka” istəyir. Mələn, bankda 100 min manat depoziti olan müştəriyə təklif olunur ki, məbləğin 20 min manatını rüşvət kimi bank rəhbərliyinə versə, yerdə qalan 80 min manatı ona qaytara bilərlər.

Məlumatda həmçinin bildirilir ki, “Bank Technique”dən pulu çəkmək istəyənlərə başqa variant da təklif olunur. Müştərilərə deyilir ki, pulun əvəzində Cahangir Hacıyevə məxsus şirkətlərin inşa etdiyi binalardan mənzil alsınlar. Həmin vəsait mənzilə silinsin. Bu təkliflə maraqlananlar araşdırmalar zamanı öyrəniblər ki, C.Hacıyev tikdirdiyi binalardakı mənzilləri onlara ən azı iki dəfə baha qiymətə sırımaq istəyir...

Cahangir Hacıyevlə bağlı daha bir sensasion məlumat əldə etmişik. ABB-nin sabiq rəhbərini yaxından tanıyan mənbə deyib ki, C.Hacıyev villasının gözətçisini və bağbanını qəfil milyonçu “edib”. Həmin gözətçi bu yaxınlarda kredit götürmək üçün bir banka müraciət edib. Məlum olub ki, onun Beynəlxalq Banka 1 milyon manat kredit borcu var. Araşdırmalar zamanı bəlli olub ki, bu krediti C.Hacıyev gözətçisinin xəbəri olmadan onun adına götürüb. Üstəlik bağbanın da adına 500 min manat kredit rəsmiləşdirib.

Gözətçi məsələni öyrənməyə çalışıb. Ona deyiblər ki, C.Hacıyevin tapşırığı ilə ondan və bağbandan şəxsiyyət vəsiqələri alınanda bu saxtakarlıq baş verib.... Sən demə, bəhanə ilə bir müddət əvvəl bağbandan və gözətçidən sənədlərini 1-2 günlüyə vermələri istənilib. Onlar da bunun hansısa prosedur üçün lazım olduğunu zənn edib etiraz bildirmədən veriblər. Həmin adamların hüquq-mühafizə orqanlarına ifadə verdikləri deyilir.

Mənbə bildirir ki, onlarla bu cür zərərçəkən şəxslər var. Bu adamların böyük əksəriyyətinin Cahangir Hacıyevin ofisində və malikanələrində işləyən sadə insanlar olduğu deyilir. Qaynağımız iddia edir ki, onlar üzləşdikləri vəziyyətlə bağlı polisə və prokurorluq orqanlarına müraciət ediblər. Ən dəhşətlisi budur ki, C.Hacıyevin dələduzluğunun qurbanı olmuş bu sadə, kasıb insanlar dərdlərini kimsəyə anlada bilmirlər. Yüz minlərlə, milyonlarla kredit borcu onların ayaqlarında qalıb.

İlkin Muradov, Aydın Abbas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə zərər ödətdirmək istəyirlər

    Beynəlxalq Bankda təftiş – Cahangir Hacıyevə ...

    1-05-2015, 11:31

  • 
  • Cahangir Hacıyev “Bandotdel”də bütün komandasını satır

    Cahangir Hacıyev “Bandotdel”də bütün komandasını ...

    16-11-2015, 12:49

  • 
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu