ABB-nin sabiq sədrinin vəzifəyə gətirilməsi sual altında; Şirkətləri maliyyə problemi ilə üzləşib
Təqribən bir ay əvvəl vəzifəsindən alınan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı bir-birini əvəzləyən xəbərlər gündəmdən düşmür.
«Gündəm Xəbər»in məlumatına görə, yeni vəzifəyə gətiriləcəyi haqda xəbər yayılan Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankındakı fəaliyyəti ciddi şəkildə təftiş olunur: «Bu səbəbdən də onun indiki halda vəzifəyə aparılacağı haqda xəbərlər inandırıcı görünmür. Çünki təftişin sonuncu olaraq, Cahangir Hacıyevin böyük maliyyə fırıldaqlarının ortaya çıxması mümkündür. O halda onun yeni vəzifəyə təyin olunması isə cəmiyyətdə kəskin rezonas doğura bilər. Ona görə də hesab edirəm ki, Cahangir Hacıyevə yaxın günlərdə yeni vəzifə veriləcəyi xəbəri şaiyədən başqa bir şey deyildir».
Mənbə bildirir ki, Cahangir Hacıyev hazırda Azərbaycandadır və onun ölkəni tərk etməsinə qadağa qoyulub: «Məhz bu fakt da onun yeni vəzifəyə təyinat almasını mümkünsüz edir. Hətta mümkündür ki, onun barəsində cinayət işi də açılsın».
Müsahibimizin sözlərinə görə, Cahangir Hacıyevin istefasından sonra ABB-nin bəzi filial rəhbərləri haqda araşdırmalara başlanılıb:
«Bi aya yaxındır bütün filiallarda, o cümlədən Beynəlxalq Bankın Moskva filialında yoxlamalar gedir. Bu yoxlama nəticəsində isə Cahangir Hacıyevin bankın mərkəzi ofisi daxil, filiallarına yerləşdirdiyi ən yaxın adamlarının «vurulma»sı prosesi də gerçəkləşə bilər. Məncə, bankda aparılan yoxlamalardan sonra Cahangir Hacıyev bütün çatışmayn vəsaitiləri ödəməyə məcbur ediləcək. Məhz ondan sonra onun «Bank Technique»yə rəhbər göndərilməsi məsələsi ciddilik qazanacaq».
Məlumatlı şəxs deyir ki, haazırda Cahangir Hacıyevə bağlı olan bütün şirkətlərdə, o cümlədən «Yeni Həyat» şirkətlər qrupunda ciddi maliyyə problemləri ortaya çıxıb: «Sözügedən şirkətlər qrupuna qarşı milyonluq məhkəmə iddiaları bir anın içində aktiv hala gətirilib. Bundan əlavə, Cahangir Hacıyevə bağlı olan «7 Hills” (“7 təpə”) yaşayış kompleksində mənzillərin əvvəlki kimi, kreditləşməsinə Azərbaycan Beynəlxalq Bankından qadağa qoyulub. Yayılan iddialara görə, hazırda bu prosesi qismən Cahangir Hacıyevin idarə heyətinə sədr gətiriləcəyi bildirilən “Bank Technique” qismən də olsa, həyata keçirir».
Müsahibimiz yayılan məlumatlara istinad edərək, bildirir ki, burada diqqətçəkən məqam “7 Hills” (“7 təpə”) layihəsində bank tərəfdaşının dəyişməsinin Cahangir Hacıyevin ABB İdarə Heyətinin sədri vəzifəsindən istefası ilə üst-üstə düşməsidir: «Yəni bu, Cahangir Hacıyevin istefasından sonra baş verməyib. Görünür, o, vəzifəsindən azad olunacağından əvvəlcədən xəbərdar imiş. Ona görə də layihələrinin kreditləşdirilməsini xeyli kadrlarının işlədiyi “Bank Technique”yə həvalə edib. Bu fakt da göstərir ki, Cahangir Hacıyevin bəzilərinin iddia etdiyi kimi, yolu hamar deyil. Yəni onu irəli də daha məşəqqətli həyat da gözləyə bilər!”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?