GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

Tarix: 7-12-2012, 12:28 Bölmə :Maraqlı Baxış: 869
Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

Kreml Rusiyameylli müxalifət formalaşdırmaqla həm demokratik qüvvələri zəiflətmək, həm də öz maraqlarına xidmət edəcək adamları hakimiyyətə gətirmək niyyətindədir

gundemxeber.az Son vaxtlar Moskvada yaşayan azərbaycanlı oliqarxların Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) yaratması ölkə mətbuatının gündəmindən düşməyən əsas müzakirə mövzularından biridir. Hər bir mətbu orqan bu prosesin arxasında Rusiyanın maraqlarının olub-olmamasını və yaxud da «Milyarderlər ittifaqı»nın bir araya gəlməsinin səbəblərini araşdırmağa çalışır. Təbii olaraq bu zaman da ortaya çoxsaylı versiyalar çıxarılmaqdadır. Lakin bu günə qədər hələ də o sualın cavabı açıq qalıb ki, Putin nə üçün İlham Əliyevi hədəfə alıb? Moskva həqiqətənmi Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməsində maraqlıdır?
Əlbəttə, bir çox ekspertlər də istisna etmirlər ki, RATİ-nin yaradılması məhz Rusiya prezidentinin maraqları çərçivəsində baş verib. Əks halda «Rusiyadakı azərbaycanlıların problemlərinin həll olunması məqsədilə birləşən» oliqarxların İlham Əliyev hakimiyyətinə qarşı çox sərt mövqe nümayiş etdirməsi nəyə lazım idi? Bu baxımdan görünən odur ki, azərbaycanlı oliqarxlar birbaşa Vladimir Putinin cızdığı ssenari əsasında hərəkət edir və hədəf həqiqətən də Azərbaycan hakimiyyətidir. Doğrudur, zaman-zaman «Milyarderlər ittifaqı»nın hakimiyyətdəki hansısa klana qarşı yaradıldığı ilə bağlı da mətbuat səhifələrində fikirlər səslənməkdədir. Lakin proseslərin gedişi onu göstərir ki, Rusiya Azərbaycanda bu və ya digər klanları əvəzləmək niyyətində deyil, Putinin hədəfi tamamilə fərqlidir.
Son illər regionda baş verən siyasi proseslər, xüsusən də ərəb inqilablarının yaşanması heç şübhəsiz, Rusiyanın maraqlarına xidmət etmir. Əksinə, inqilablar zəncirinin gec-tez Moskvanı da öz nəzarətinə alacağı şübhə doğurmur. Təbii ki, bütün bunlar Rusiya rəhbərliyi tərəfindən də çox gözəl dərk edilir. Odur ki, Putin hakimiyyəti onu gözləyən təhlükələrdən minimum zərərlə çıxmaq üçün öz siyasətində müəyyən dəyişikliklər etmək məcburiyyətində qalıb. Belə ki, Vladimir Putin Rusiyanın Cənubi Qafqazda öz mövqelərini gücləndirmək hədəfləri çərçivəsində Gürcüstandan sonra Azərbaycanla munasibətləri yaxşılaşdırmağı qarşıya məqsəd qoyub. Bəllidir ki, Gürcüstanda Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi Moskvanın maraqlarını qismən təmin etsə də, Azərbaycandakı proseslər heç də Rusiyanın istəkləri çərçivəsində inkişaf etmir. Kremldə bunu anlayırlar ki, İlham Əliyev iqtidarının gələcəyi yoxdur və Azərbaycanda 2013-cü ildə demokratik hakimiyyətin formalaşması ehtimalı kifayət qədər yüksəkdir. Şübhəsiz ki, bu da Rusiyanı narahat edən başlıca faktorlardan biridir. Ən azı, Gürcüstanda demokratik bir hakimiyyətin formalaşması təcrübəsi və Mixail Saakaşvilinin son 2 dönəmlik prezidentliyi illərində yürütdüyü siyasət göz önündədir. Bunun üçün Moskva Azərbaycanda da ikinci bir «Saakaşvili» problemi ilə qarşılaşmaqda maraqlı deyil. Məh bu səbəbdən Vladimir Putin «Milyarderlər ittifaqı»nın dəstəyi ilə Azərbaycanda Rusiyaya loyal münasibətdə olan yeni bir hakimiyyətin formalaşmasına çalışır. Çox güman ki, məlum «WikiLeaks» qalmaqalından sonra İlham Əliyevlə Vladimir Putinin şəxsi münasibətlərinin kifayət qədər gərginləşməsi də bu məsələdə az rol oynamayıb. Çünki belə olmasaydı, Rusiya da bir sıra Qərb ölkələri kimi Azərbaycanda sadəcə hakimiyyətdə olan klanları dəyişməklə İlham Əliyevin növbəti dönəm üçün prezident postunda oturmasına «yaşıl işıq» yandırardı. Lakin proseslər onu göstərir ki, Moskva Azərbaycanda köklü hakimiyyət dəyişikliyinin baş verməsində maraqlıdır və bu məsələdə Qərbə meylli demokratik müxalif qüvvələrdənsə Rusiyanın maraqlarına daha yaxın siyasi qrupun hakimiyyətə gəlməsinə çalışır.
Yuxarıda sadalananlardan belə qənaətə gəlmək olar ki, dolayısı ilə «Milyarderlər ittifaqı» həm də Azərbaycandakı müxalif qüvvələri parçalamaq üçün gündəmə gətirilib. Yəni Kreml azərbaycanlı oliqarxların pulu ilə ölkədə Rusiyameylli müxalifət formalaşdırmaqla həm demokratik qüvvələri zəiflətmək, həm də öz maraqlarına xidmət edəcək adamları hakimiyyətə gətirmək niyyətindədir…

Turqut
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şeyxdən «Milyarderlər»ə dəstək

    Şeyxdən «Milyarderlər»ə dəstək ...

    11-04-2013, 11:07

  • 
  • «Milyarderlər İttifaqı» ilə bağlı şok iddia

    «Milyarderlər İttifaqı» ilə bağlı şok iddia ...

    6-12-2012, 15:05

  • 
  • “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə görüşə gəlir

    “Milyarderlər ittifaqı”nın üzvü İlham Əliyevlə ...

    24-07-2013, 22:36

  • 
  • Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin əleyhinə yaradılmayıb”

    Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin ...

    14-06-2013, 12:36

  • 
  • Azərbaycana qarşı Kreml imperalizmi

    Azərbaycana qarşı Kreml imperalizmi ...

    15-12-2012, 14:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu