GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycana qarşı Kreml imperalizmi

Azərbaycana qarşı Kreml imperalizmi

Tarix: 15-12-2012, 14:10 Bölmə :Manşet Baxış: 692
Azərbaycana qarşı Kreml imperalizmi
“Aqressiv Rusiya” imici yenidən geri qayıdır

gundemxeber.az Rusiya Azərbaycana qarşı qarşı imperialist meyllərini yenidən gündəmə daşıyıb. Bu ölkənin diplomatından politoloquna, hərbçisindən Azərbaycan əsilli oliqarxına qədər hamı mətbəxə çağırılıb...I Putin hakimiyyəti dövründə formalaşmış, Medvedyevin prezidentliyi dövründə unudulmuş “Aqressiv Rusiya” imici yenidən geri qayıdır.
Azərbaycan əsilli bir qrup oliqarxın günün birində Rusiya Azərbaycan Təşkilatları İttifaqı təsis etməsi də Rusiyanın “tədbirli davranışının” nəticəsinə daha çox oxşayır. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında və ya bu qurumların daxilində mətbuat səhifələrini hər gün zəbt edən, qarşılıqlı ittihamlarla zəngin olan bir qarşıdurma xatırlamaq olmur. Lakin günün birində Azərbaycan əsilli iş adamları kimi tanınan və Rusiyanın müxtəlif zamanlarda “gözünü qorxutduğu”, “qılıncının tərs üzünü göstərib çəkdiyi” oliqarxlar bir masa arxasında toplaşıb yeni ittifaq yaratdıqlarını bəyan edirlər. Bu ittifaqda birləşən şəxslərin ümumi kapitalının təxminən 50 milyard dollardan çox olduğu söylənilir. İctimai rəydə dərhal “Milyarderlər İttifaqı” imici qazanan bu birlik bir çox suallar doğurub və təəssüf ki, təşkilatçılar bu suallara cavab verməkdən ən müxtəlif üsullarla yayınırlar.
Təşkilatın ilhamvericisi olduğunu gizlətməyən Rüstəm İbrahimbəyov ciddi-cəhdlə RATİ-nin təsis olunmasında əsas məqsədin “Rusiyadakı azərbaycanlıların problemlərini həll etmək” olduğunu desə də, aralarında ciddi problemlər olan, uzun illər bir masa arxasında əyləşməmiş azərbaycanlı sərvət sahiblərinin qəflətən necə bir araya gələ bildiyini izah etmir. Telman İsmayılovun yubiley diski bir zamanlar Bakıda xitə çevrilmişdi, haqqında hələ də əfsanələr dolaşan o məclisdə indiki RATİ təsisçilərindən yalnız Abbas Abbasov iştirak edib (?!). Bu, kiçik, ilk baxışdan əhəmiyyətsiz, amma gerçəkdir – ambisiyaları ad günündə belə bir araya gəlmələrinə imkan verməyən sərvət sahibi olan azərbaycanlılar bir masa ətrafına toplaşaraq, qurum təsis etməyə (özü də Rusiyada yaşayan azərbaycanlılar naminə) özlərində güc tapıblar. Bunun üçün son dərəcə vacib səbəb olmalıdır. Bu “son dərəcə vacib səbəb”in “Rusiyadakı azərbaycanlıların problemlərini həll etmək” olduğunu Rüstəm İbrahimbəyovun hansısa kino personajının dilindən eşitmək daha səmimi təsir bağışlayardı, nəinki onun öz dilindən...
Rüstəm İbrahimbəyov nə qədər əksini sübut etməyə çalışsa da, Rusiyada biznes və külli miqdarda kapital sahibi olmağın yolu ən yüksək səviyyədə siyasi hakimiyyət tərəfindən himayə olunmaqdan keçir. Qonşu ölkədə siyasi hakimiyyətin iradəsindən kənar kapital sahibi olmaq istəyənlərin adı bəllidir: Xodorkovski, Berezovski, Qusinski... Amma onların sonrakı taleyi də bəllidir! Rusiyadakı Azərbaycan əsilli iş adamları o taleyi yəqin ki, yaşamaq istəməzlər. Odur ki, RATİ-nin bu tərkibdə meydana çıxmasında Xodorkovskinin, Berezovskinin, Qusinskinin məlum taleyi və onlara bu taleyi biçən şəxsin mütləq rolu olduğu danılmazdı... Bunun əksini isbatlamağa çalışmaq belə gülüncdür.
Əgər belə olmasaydı, Abbas Abbasov, Söyün Sadıqov və başqalarının “ Bakıya sədaqət andından” sonra yenidən proses başlamaz, Azərbaycana emissarlar göndərilməz və RATİ-nin Rusiyada regional ofislərinin açılmasına start verilməzdi. Bu prosesin özü belə o “oliqarxların qərar və talelərinin öz əllərində olmadığını” göstərir. Deməli, onların Rusiyadakı “digər azərbaycanlıların taleyi ilə bağlı qərar vermək üçün toplaşmaları da” inandırıcı deyil.
Bəs “Soyuq müharibə” necə bitəcək? Səbəblər yalnız Rusiyanın postsovet məkanında müstəqil siyasət yürüdən son ölkə olan Azərbaycanı öz təsir dairəsinə salmaq, Qərbi bölgədən tamamilə sıxışdırıb çıxarmaqdır, bölgədə hərbi və siyasi iddialarını möhkəmlətməkdir, yoxsa başqa səbəblər də var? Bunu proseslərin gedişi göstərəcək, lakin Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik təkcə bu amillərlə bağlı deyil. Rusiya ən azı sabiq SSRİ məkanında öz nüfuz dairəsini tam bərpa etmək istəyir, çünki “ərəb baharı”ndan sonra Kreml Afrika və Asiyadakı mövqelərini bir-bir itirməkdədir. Moskvanın hələlik revanş götürə biləcəyi və Qərbə böyük zərbə vura biləcəyi yeganə məkan Azərbaycan görünür. Çünki...
...Azərbaycan Avropanın Rusiyadan enerji asılılığını aradan qaldıra biləcək yeganə ölkədir. Qərb hazırda Azərbaycanı məhz bu nöqteyi-nəzərdən dəyərləndirir və verilən ən müxtəlif səviyyəli bəyanatların ana xəttini bu fikir təşkil edir. Azərbaycanın enerji siyasəti də bu xəttə köklənib, gerçəkləşdirilən ən müxtəlif enerji layihələrinin əsas məqsədi Xəzərin karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxarmaqdır. Uğurlu siyasətdir, lakin bu, həm də Rusiyanı Avropa üzərində mühüm təzyiq vasitəsindən məhrum etməkdir. Dünyada həmişə münaqişələrin əsas səbəbi enerji mənbələrinə nəzarət olub, Rusiya - Azərbaycan münasibətlərində yaranmış və hələ uzun müddət davam edəcək kimi görünən gərginliyin əsas səbəblərindən biri və bəlkə də birincisi məhz budur...

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlıların Putinə qarşı etirazı

    Azərbaycanlıların Putinə qarşı etirazı ...

    9-03-2014, 12:56

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Rusiya Azərbaycan iqtidarına 10 gün vaxt verdi

    Rusiya Azərbaycan iqtidarına 10 gün vaxt verdi ...

    2-08-2013, 10:59

  • 
  • Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin əleyhinə yaradılmayıb”

    Vahid Ələkbərov “Milyarderlər İttifaqı” heç kəsin ...

    14-06-2013, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu