Facebook şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, "Signal" adlanan yeni layihə Feysbuk və İnstaqram servislərində xəbərləri və populyar mövzuları izləməyə imkan verir.
Facebook-un xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir:
"Məqsədimiz Facebook şəbəkəsinin miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaqdır".
KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir. Siqnal sistemi sayəsində jurnalistlər Facebook və İnstaqramda dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?