Facebook şirkəti çərşənbə günü “Libra” adlanan yeni kriptovalyutasını dövriyyəyə buraxmaq planlarını açıqlayıb. Bu, şirkətin sosial şəbəkələrdən kənara çıxaraq, elektron kommersiya və qlobal ödəmə sitemlərinə keçmək istiqamətində atdığı addımlardan biridir.
Facebook rəsmilərinin verdiyi məlumata görə, Facebook Cenevrədə olan “Libra Association” adlı təşkilatın 28 tərəfdaşı ilə əlaqələr yaradıb. Bu təşkilat 2020-ci ilin ilk yarısında buraxılan yeni rəqəmsal pul sistemini idarə edəcək.
Facebook həmçinin Libra ilə ödəmə, onların saxlanması və göndərilməsi üçün rəqəmsal pul kisəsi yaradan “Calibra” adlı filial şirkət yaradıb. Calibra artıq milyardan çox istifadəçisi olan Facebook Messenger və WhatsApp mesaj paylaşma platformalarına qoşulacaq.
Kaliforniyada yerləşən Menlo Park şirkəti Libraya böyük ümidlər bəsləyir, lakin istehlakçıların konfidensiallıqla bağlı narahatlıqları və normativ səddlər ciddi maneələr yarada bilər.
Facebook ümid edir ki, özünün məşhur istehlakçı və şirkətlərə təkcə tranzaksiyalar deyil, həm də bank istifadəçisi olmayan şəxslərə maliyyə xidmətləri təklif edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?