ANS PRESS-in məlumatına görə, artıq bir saat əvvəldən başlayaraq istifadəçilər hələ də öz hesablarına daxil ola bilməyiblər.
Araşdırmalara görə, problem təkcə Azərbaycanda deyil, bütün ölkələrdə eyni vaxtda yaranıb. Hələlik "Facebook"dan problemlə bağlı heç bir rəsmi açıqlama verilməyib. Sosial şəbəkənin plaqinləri işləməyib. Sayta daxil olarkən səhv barədə məlumat göstərilib: Sorry, something went wrong. We're working on it and we'll get it fixed as soon as we can. ("Bağışlayın, nəsə oldu. Biz səbəblərin üzərində işləyirik və problemi mümkün qədər tez düzəldəcəyik").
Analoji hadisə bir müddət əvvəldə yaranmışdı. Bir neçə saat davam edən problemlə bağlı "Facebook" istifadəçilərindən üzr istəmişdi.
Bir müddət əvvəl Azərbaycanda "Skype" ın fəaliyyətində problemlər yaranıb. Görüntülü zənglər üçün istifadə olunan "Skype" vasitəsi ilə nəyinki zəng etmək proqrama daxil olmaq belə mümkün olmayıb.
Skype istifadəçiləri bildiriblər ki, zənglər və ya mesaj göndərən zaman texniki çətinliklər müşahidə olunub. Həmçinin istifadəçilər şəbəkəyə girə və statuslarını dəyişə bilməyiblər.
Şirkətin rəsmi məlumatına görə bu problem təkcə Azərbaycanda deyil bütün dünyada müşahidə olunub. "Skype" rəsmiləri baş vermiş problemlə bağlı istifadəçilərdən üzr istəyib və nasazlıqların qısa zaman ərzində aradan qaldırılacağını bildirib. Hazırda Azərbaycan ərazisində proqramın fəaliyyəti tam olaraq bərpa olunmayıb.
Bu "Skype"ın fəaliyyətində qeydə alınan ilk problem deyil. Daha əvvəl, iyulun 6-da da bu cür hal baş verib. O zaman istifadəçilər nəyinki mobil cihazlardan, kompyuterlərdən belə proqrama daxil ola bilməyiblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?