"Microsoft" şirkəti mobil qurğular üçün "Skype" internet telefoniya xidmətinin yeni versiyasını buraxıb. Əvvəllər yalnız "Skype for Business" paketinin abunəçilərinə əlçatan olan qrup videozəngləri funksiyası tezliklə "iPhone", "iPad" və "Android" əsaslı qurğularda işə salınacaq.
Adim.az teleqraf.com-a istinadən bildirir ki, 24 istifadəçiyə kimi, eyni zamanda, videoçatda ödənişsiz ünsiyyət saxlamağa imkan verən yeni funksiya mərhələli şəkildə aktiv ediləcək. Artıq Şimali Amerika və Qərbi Avropa sakinləri üçün qrup videozəngləri funksiyası aktivdir, martda isə digər regionlarda aktiv ediləcək.
"Skype" proqramı hansı kameranın aktiv olmasından asılı olmayaraq videonu 1080p formatında yayımlayır. İstifadəçilər istənilən an qurğunun əsas və ya ön kamerasından istifadə edə bilərlər. Yeni funksiyanın istifadəyə verilməsi "Skype" proqramında ödənişsiz zənglərin 10 illiyi ilə bağlıdır.
Son 10 ildə xidmətin istifadəçiləri ümumilikdə 2 trilyon dəqiqədən çox danışıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?