Azərbaycanın milli messenceri yaradıla bilər. Artıq bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iş aparır. Milli messencerin hazırda istifadədə olan məşhur messencer xidmətlərindən bir sıra üstünlükləri var.
Azərbaycanın milli messencer xidməti yaradıla bilər. Bununla bağlı, məsələ artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsinin gündəliyindədir.
Azərbaycanın İnformasiya və Kommunkasiya Texnologiyası mütəxəssisləri belə bir xidmətin yaradılmasının ilk növbədə milli təhlükəsizlik baxımından önəmli olduğunu bildirirlər.
Bundan başqa, pulsuz olaraq istifadə edilən xarici messencerlərdəki informasiya axınına görə dövlət onların serverlərinin sahiblərinə külli miqdarda vəsait ödəyir. Əgər messencer serveri Azərbaycanda yerləşsə, əlavə vəsait ödənişinə də ehtiyac qalmaz.
Milli messencerin xarici pulsuz messencerlərdən bir sıra üstünlükləri var. Bunlardan biri səsli axtarış sistemindən istifadədir.
Bundan başqa, yeni proqramda səsi mətnə, mətni səsə çevirən yeni özəllik olacaq.
Milli messencerin ən önəmli özəlliklərindən biri də burda giqabaytlarla ölçülən iri həcmli informasiyaların asanlıqla və sürətlə göndərilməsi olacaq. Halbuki bir çox xarici ölkələrin təklif etdiyi messencerlər informasiya göndərilməsində həcm məhdudiyyəti qoyurlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?