Azərbaycana qonşu olan dövlətlərin bəziləri özlərinin milli təhlükəsizliyi ilə bağlı strateji sənədin yenidən işlənməsinə başlayıblar.
2019-cu ildə Ermənistan bu sənədin yenidən işlənməsinə başlamışdı. Bu il isə Gürcüstan da həmin sənədin yenidən işlənməsi ilə bağlı işlərə başlayıb. Bu barədə Gürcüstan Baş nazirinin səlahiyyətlərini icra edən Georgi Qaxariya məlumat verib. Baş nazir deyib ki, artıq Milli Təhlükəsizlik Şurasında məsələ ilə bağlı bəzi addımlar da atılıb.
Azərbaycanın da milli təhlükəsizliyi ilə bağlı strateji sənədin yenidən işlənməsinə ehtiyac varmı?
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Vətən müharibəsindən sonra Azərbaycanın da milli təhlükəsizliyi ilə bağlı srtateji sənədin yenilənməsinə ehtiyac var:
“Milli təhlükəsizliklə bağlı strateji sənəd keçən il Ermənistanda da yenidən işlənmişdi. Bu il də Gürcüstanda işlənməyə başlayıb. Hesab edirəm ki, Vətən müharibəsindən sonra Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı strateji sənədin yenidən işlənməsinə ehtiyac var. Çünki vəziyyət dəyişib, bir sıra reallıqlar və yeni çağırışlar var. Bu yeni çağırışlara cavab vermək üçün milli təhlükəsizlik haqqında sənədin yenidən işlənməsi zərurəti yaranıb”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?