ANS TV-nin məlumatına görə, rayon qeydiyyatı olan avtomobillərin şəhərə buraxılmasınına bölgə vətəndaşları hər dəfə bir çıxış yolu tapırlar. Bu dəfə Şəkililər paytaxta köçürdükləri gəlini rezin təkərlər yox, dəmir relslərlə yola salıblar.
Qəribə və əyləncəli çıxış yolu tapan qudalar cütlük - Rəşad və Turanəyə şıdırğı toy etdikdən sonra, dəvətlilərlə birgə qatara bilet alırlar.
Şəki şəhər stansiyasına gələn cütlüyü görən qatar sərnişinləri təəccüblə onlara baxıblar. Cütlük qatarı gözləyənə qədər u dəmir yolu vağzalında rəqs də ediblər. Daha sonra sevincli günlərini qeyd edə-edə yollanırlar Şəkidən düz Bakıya.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?