Amnistiya aktı Şəki Penitensiar müəssisəsinin 5 nəfər məhkumuna da şamil olunub.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu münasibətlə Şəki Penitensiar müəssisəsində tədbir keçirilib. Tədbirdə çıxış edənlər azadlığa çıxanları təbrik edib və onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra Şəki Penitensiar xidmətinə ilk dəfə şamil olunan sərəncamın icrası həyata keçirilib.
Amnistiya aktı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlərə, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlara, cinayət törədərkən 18 yaşına çatmayanlara, əlillərə, 60 yaşına çatmış kişilərə, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlara şamil edilib.
Qeyd edək ki, amnistiya aktı 10 min nəfər məhbusu əhatə edir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?