Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc 23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər. Gənclər bu dəfə Sahil qəsəbəsindən (Qəradağ) Astaraya kimi qaçış edərək siqaretə “yox” deyiblər. Azercell Telekom-un ikinci dəfə həyata keçirdiyi “Siqaretsiz həyat daha gözəldir” təşəbbüsünə qoşulan gənclər yol boyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən Azercell Ekspres ofislərinə də baş çəkiblər. Onlar bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər.
Adil və Rüfət marafon ərzində güvənli və keyfiyyətli mobil rabitə üçün Azercell-in xidmətlərini seçmişdilər. Mobil telefon, xüsusilə də GPS və mobil internet əsasında işləyən digər xidmətlər gənclərin doğru, sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələri üçün zəruri idi.
Marafonçumuz Adil Məmmədli bu yürüş barədə fikirləri ilə bölüşüb: “Bu bizim 2-ci yürüşümüzdür. 24-27 iyul tarixlərində eyni şüar altında biz Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində qaçış etmişdik. “Siqaretsiz həyat daha gözəldir” layihəsi bizi ilk dəfədən maraqlandırdı, çünki Rüfət ilə birlikdə sağlam həyatın tərəfdarıyıq. Hər zaman çalışmışıq ki, pis vərdişlərdən uzaq olaq, sağlam həyatdan zövq alaq. Odur ki, məmnuniyyətlə bu şüarı əsas tutaraq növbəti yürüşümüzü həyata keçirdik. Biz həm marafondan, həm də Azercell-in keyfiyyətli telekom xidmətindən çox razı qaldıq”.
Layihəyə münasibət bildirən Rüfət Nəcəfli isə bunları dedi: “Bu dəfəki qaçışımız soyuqlara düşsə də, marafondan böyük zövq aldıq. Yolda Azercell Ekspreslərə baş çəkdik, şirkət işçiləri ilə görüşdük, şəkillər çəkdik. Onu xüsusi ilə vurğulamaq istərdim ki, qaçış zamanı bircə dəfə də olsun telefonlarımız bizi darda qoymadılar. Həm zənglərdə, xüsusilə də mobil internetin, GPS xidmətinin istifadəsində Azercell həmişə olduğu kimi yüksək nəticə nümayiş etdirdi.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?