GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakim komandanın qohumluq əlaqələri

Hakim komandanın qohumluq əlaqələri

Tarix: 28-02-2013, 10:45 Bölmə :Maraqlı Baxış: 1 609
Hakim komandanın qohumluq əlaqələri

Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?

Prezident İlham Əliyevin fevralın 12-də keçirilmiş müşavirədə xalqı hakimiyyətdən narazı salan məmurların ünvanına kəskin çıxışının ardınca bir neçə rayon İcra Hakimiyyəti (RİH) başçısı cəzalandırıldı. Dövlət başçısının çıxışından sonra “balaca padşahlar”ın “qara xəbərləri” yayılır. Prezident əvvəlcə kütləvi xalq etirazlarının baş verdiyi İsmayıllı RİH-in başçısını işdən azad etdi. Bunun ardınca isə Şamaxının başçısı vəzifəsini itirdi. İşdən çıxarılan hər iki başçı yüksək vəzifəli şəxslərin qardaşları idi. Müşahidələr göstərir ki, məhz elə bu qohumluq əlaqələri bəzi rayonlarda İcra Hakimiyyəti başçılarının “əl-qol açmasına” şərait yaradan amillərdən biridir. Bir sıra hallarda yuxarıda oturan qardaşı, qudası və ya başqa qohumuna arxalanan məmurlar çalıb-çapmaqla məşğuldurlar.
İsmayıllıda kütləvi xalq etirazlarının baş verdiyi vaxt rayonun icra başçısı vəzifəsini tutan Nizami Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı olduğu hamıya məlumdur. Azərbaycanda hansı məmurlar qohum-qardaşdırlar?
Başlayaq yenicə vəzifələrini itirmiş icra başçısından. Şamaxının sabiq icra başçı Asif Məmmədov “Hacı İqbal” kimi tanınan lerikli deputat İqbal Məmmədovun qardaşıdır. İmişlinin yeni təyin olunan icra başçısı Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur. İddialara görə, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev fövqəlnazir Kəmaləddin Heydərovun yaxın qohumudur.
Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə rəhbərlik edən Elmar Vəliyev isə ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.
Vəzifə bölgüsünə nəzər salsaq görərik ki, bir çox deputatların və nazirlərin, komitə sədrlərinin, başqa yüksək vəzifəli şəxslərin, deputatların ən yaxın adamları icra başçısı postunu tuturlar. Belə post tutanlardan biri də Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
Tovuz rayonunun icra başçısı da qardaş hesabına vəzifəyə gələnlərdəndir. Rayonun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.
Tovuzla qonşu olan Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərovun qardaşıdır.
Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə Milli Məclis deputatıdır.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Paytaxtın Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun yeznəsidir-bacısının əridir.
Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır.
Salyan rayonunun sabiq icra Rasim Bəşirov Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun qardaşıdır.
Samux rayonunun icra başçısı Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır.
İddialara görə, bir çox rayonların icra başçıları birbaşa fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, general Bəylər Əyyubovun və digər yüksək vəzifəli şəxslərin himayə etdiyi məmurlardır.
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun qardaşı Ramiz Həsənov vaxtilə Sumqayıt icra başçısının müavini vəzifəsində çalışırıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısıdır.
“Azəriqaz” Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun sabiq icra başçısı vəzifəsini tuturdu. Onların hər ikisi artıq sabiq məmurlar siyahısına daxildirlər.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar.
Siyahını hələ uzatmaq olar. Elə sadaladığımız misallar da bəs edir ki, hakimiyyətdə təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olan məmurların həddindən artıq çox olduğunu deyəsən.
Salyan Polis İdarəsinin rəisi Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. Fuad Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. DİN Pasport İdarəsinin rəisi Arzuman Əliyev də nazirin qohumudur.
Yeri gəlmişkən, nazir Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova “Tərəqqi Texniki Humanitar liseyi”nin (66 nömrəli orta məktəb) direktorudur. Bu günlərdə isə keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin başçısı olan Əhəd Abıyevin iki qohumuna da vəzifə verilib. Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub. Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib.
Simulyasiya Mərkəzinin rəis müavini Vüqar Əbiyev Səfər Əbiyevin qardaşı oğludur. Mərkəzi Hospital aptekinin rəis müavini Səfər Əbiyevin oğlunun qaynıdır. Nəsimi rayon hərbi komissarı, Binəqədi rayon hərbi komissar əvəzi Səfər Əbiyevin yaxın və ya uzaq qohumlarıdır.
Sabunçu rayon hərbi komissarı isə Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyevin qaynıdır.
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəis müavini vəzifəsini tutur.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyevin Fazil Məmmədovun bacısının həyat yoldaşı olması da hamıya məlumdur.
Sumqayıt şəhərin icra strukturlarında qohumluq əlaqələri olan məmurlar da çoxdur. Şəhər “Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Müşfiq Əsədovun spiker Oqtay Əsədovla çox yaxın qohumluq əlaqəsinə malik olduğu bildirilir. Daha bir qohumluq əlaqəsi Mənzil Kommunal Təsərrüfatı İstehsal İstismar Birliyinin rəisi Təvəkkül Məmmədovla Küçə İşıqları İdarəsinin rəisi Əhməd Məmmədov arasındadır. Belə ki, Əhməd Məmmədov keçmiş icra başçısının qardaşı oğludur.
Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Sumqayıt Regional Təchizat İdarəsinin rəisi Xəndan Əhmədovun isə quda olduğu bildirilir.
Baş prokurorun əmri ilə ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilən Fəxri Ələsgərov Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qardaşıdır. Onlar Milli Məclisin sabiq deputatı, mərhum Murtuz Ələsgərovun oğlanlarıdırlar.
Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktorudur.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Milli Məclisin deputatıdır.
Azərbaycanın ən nüfuzlu məmurlarından olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov artıq 18 ildir Milli Məclisdə deputatdır.
Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timuçin Əfəndiyev uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun qardaşı Oqtay Şahbazov hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında rəhbər vəzifə tutur. O.Şahbazov Prezidentin işlər idarəsində işlər müdirinin birinci müavini postunda çalışır. Elə Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu da Oqtay Şahbazov həyata keçirir.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Abşeron rayon prokurorunun köməkçisi Bəhlul Yaqubov Azərbaycan Aşıqlar Birliyini Zəlimxan Yaqubun oğludur.

Modern.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident iki icra başçısını işdən niyə çıxartdı - [Video]

    Prezident iki icra başçısını işdən niyə çıxartdı ...

    3-03-2016, 21:11

  • 
  • Prezident daha iki icra başçısını işdən çıxardı

    Prezident daha iki icra başçısını işdən çıxardı ...

    4-03-2016, 17:42

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50

  • 
  • İşdən çıxarılan icra başçısı haqda şok xəbər

    İşdən çıxarılan icra başçısı haqda şok xəbər ...

    17-09-2014, 10:48

  • 
  • İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi

    İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi ...

    14-03-2016, 13:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu