GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İman sahibinə xas olmalı üç keyfiyyət

İman sahibinə xas olmalı üç keyfiyyət

Tarix: 4-12-2015, 13:32 Bölmə :Maraqlı Baxış: 0
İman sahibinə xas olmalı üç keyfiyyət

Ərbəin gününü - İmam Hüseynin (ə) və Kərbəla qəhrəmanlarının şəhadətinin 40-cı gününü arxada qoyduq. Alimlərimiz buyururlar ki, Ərbəin - Aşuranı yaşadan, Aşuranı yada salan bir fenomendir. Bu günlər bizə bir daha Aşura dərslərini xatırladır və ən başlıcası - İmam Hüseyn (ə) məntiqi, Həzrət Zeynəb (s.ə.) məntiqi ilə yaşamağı öyrədir.

Biganəlik cinayətə rəvac verir

Nə deyir bizə Hüseyn (ə) məntiqi, nələri öyrədir? Niyə zalım və sitəmkarlar zaman-zaman bu məntiqlə mübarizə aparmış, hər vəchlə onu aradan aparmağa səy etmişlər? Nəyə görə bəşərin aydınları üçün bu məntiq hər zaman mayak rolunu oynamış, qaranlıqdan işığa çıxaran bir bələdçi olmuşdur?

İmam Hüseyn (ə) məntiqi insana hər zaman haqqın, ədalətin, düzgünlüyün yanında olmağı tövsiyə edir. Axı zülm güclü və qüdrətli görünə bilir, dünyaya hökmranlıq edə biləcək qədər əhatəli qüdrətə malik olmaq xülyası yarada bilir. Zəif insan, məsləki formalaşmamış insan isə özünü aldatmaq durumunda ola bilər, müxtəlif bəhanələrlə özünü haqqın müdafiəsindən kənarda qoya bilər, hətta o dərəcəyədək yetişə bilər ki, haradasa zülmə bəraət də qazandırsın - amma bunlar mahiyyəti dəyişmir: insan nəticə etibarilə ya haqladır, yə da haqla müxalifdir.
Kərbəlada İmam Hüseynə (ə) qarşı nə qədər qoşun çıxarılmışdı? Əksər tarixçilər 30 min nəfər rəqəmini göstərirlər. Təsəvvür edək, 72 nəfərə qarşı 30 min! Biz öncəki bəhslərimizdə qeyd etmişdik ki, İmam Hüseyn (ə) qeyri-zorakı müqavimətin gözəl məktəbini qoymuşdur. Özü ilə kiçik uşaqlarını, ailəsini götürür bu şəhadət səfərinə. Məkkədə, Mədinədə insanları ayıldır, onlara anladır ki, Peyğəmbərin (s) gətirdiyi din məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bütün yol boyu aydınladır ki, onun səfəri - heç bir imtiyaz verməyən, fəqət yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək kimi nəcib İlahi vəzifəni yerinə yetirməyə yönəli bir səfərdir və bu səfərin sonu şəhadətdir. Niyə? Çünki, milyonlarla kvadrat kilometr ərazidə olan xilafəti bir səltənət olaraq qəbul edən, bu səltənətə yiyələnmək üçün hər nə rəzilliyə getmək mümkündürsə, qol qoyan lənətlik Yezid güruhu üçün haqqın səsi - hətta çox azsaylı və kiçik bir qrup tərəfindən səsləndirilsə də belə - çox böyük, hətta ölümcül bir təhlükə kəsb edirdi. Və aydın idi ki, bu təhlükəni susdurmaq üçün lənətlik Yezid bütün qeyri-insanı cinayətlərə əl atacaqdır və atdı da.

Amma yezid lənətlik təkbaşına nə edə bilərdi? Heç bir şey! Ona güc verən əsas amil - insanların laqeydliyi, biganəliyi, qorxaqlığı, "ağa deyir sür dərəyə - sür dərəyə" ideologiyası idi. Tarixçilər bəlli edirlər ki, Yezidin (lən) 30-minlik qoşununun böyük əksəriyyəti, "hamı gedir, birdən mən tək qalaram, deyərlər İmam Hüseynin (ə) tərəfdarısan" motivini rəhbər tutaraq, sürü instinkti ilə hərəkət edənlərdən formalaşmışdı. Amma öncə, sadəcə olaraq, qoşulanlar, "qıraqda qalaram, təki görsünlər ki, buradayam" deyənlər, kənarda qala bilmədilər! Mərhələ-mərhələ onlar alçaqlıqlara cəlb edilərək, nəhayət 1400 ildir ki, dünyanın hər bir yerində lənətlə yad edilən bir bəşəri cinayətdə şərik oldular. Allah Təala hər bir insanı laqeydlik və qorxaqlıq mərəzindən, haqqın xilafına getmək aqibətindən hifz etsin, inşəallah!

İman sahibinə xas xislətlər

İnsanı diri saxlamaq üçün dinimizin tövsiyə etdiyi mühüm məqamlara toxunaq. Dinimiz vicdanı yaşatmaq üçün, imanı diriltmək üçün zəruri olan keyfiyyətlər mövzuna ciddi diqqət yetirir. İslam dini insanın vicdanını susdurmaq istəyən lənətlik iblisə şans vermir - bir şərtlə ki, insan özü azmaq istəməsin. İmam Cavaddan (ə) nəql edilən hədisdə bildirilir: "İman sahibinin 3 xislətə ehtiyacı vardır: (1) Allah tərəfindən tövfiq; (2) özü tərəfindən vaiz (moizə olunmaq); (3) nəsihət edəndən qəbul".

Mübarək hədisdə bəlli olur ki, iman yolunu getmək istəyən insanın yolu - İlahi tövfiqdən, Allahın ona yol göstərməsindən, onu hidayət yoluna yönəltməsindən keçir. Allah Təala hər bir insana yol göstərir, bu, Onun rəbbliyindən, qəyyumluğundan irəli gələn mövzudur. Lakin ümumi yol göstərməklə - Peyğəmbərlər (s), İmamlar (ə) vasitəsilə doğru yolu nişan verməklə, Müqəddəs Kitablar nazil etməklə yanaşı, Allah Təala hər bir insana xüsusi tövfiq inayət edir, xüsusi rəhm təzahür edir. Və bu tövfiqin dərəcəsi, insanın ruhi mərtəbəsindən asılı olur. Əgər insana İlahi tövfiq inayət olunmasa, insan bu lütfdən özünü məhrum etsə - heç bir iman hərəkəti mövcud ola bilməz. İlahi tövfiq kimlərə aid olur? Bu tövfiqin inayətini istəyənlərin və bu tövfiqin əta olunması şərtlərinə riayət edənlərin. O insanların ki, özlərinin daima Allaha bağlı olduqlarını dərk edirlər. İlahi tövfiq - iman yolunda olmanın birinci rüknü, mühüm dayağıdır.

İkinci rükn, ikinci mühüm və daşıyıcı dayaq - insanın daxilindən gələn moizə, onu ayıldan, daima xəbərdarlıq edən bir sədadır. Bu olmasa, insanın kənardan aldığı məlumat kafi deyildir. Əgər insan bir pis iş görübsə və bu zaman onun içində hansısa bir narahatlıq, təşviş yoxdursa - demək, vəziyyəti pisdir. Əgər insan etdiyi günahın üstündən rahatlıqla keçə bilirsə - bu, onun qəlbinin xəstəliyinə dəlalət edir.

İnsanın əli ilə yaradılan texnikanın, cihaz və mexanizmlərin belə, müvafiq siqnal ötürücüləri var ki, avadanlığın hansısa hissəsi sıradan çıxdıqda, xəbərdarlıq siqnalı göndərirlər. Allah Təala da insanın daxilində belə siqnal mənbəyi qoymuşdur ki, mənfi hərəkət baş verəndə, insan özünə qəlbi yaralar vuranda, dərhal həyəcan siqnalı verilsin. Bu ötürücünün, siqnalvericinin adı - vicdandır. Bu siqnalverici nə qədər həssas oldusa, insanın daxili də bir o qədər sağlam durumdadır. Və əksinə, siqnalverici paslandıqda, insanın ruhi durumu çox acınacaqlı olur. İnsan vicdanın səsini batıra-batıra elə nadürüstlüyə gedib çıxa bilər ki, öz daxili barədə əsla heç bir məlumatı olmaz, özü özündən bixəbər olar. Allah insanı belə aqibətdən saxlasın!

İnsanı oyaq saxlayan amil

İmanın bu ikinci rüknü üzərində bir qədər təfsilatı ilə dayanaq. Beləliklə, iman yolunda olmağın ikinci şərti odur ki, insanın daxilində, onu hər zaman oyaq saxlayan bir amil mövcud olsun. Burada söhbət vicdanın məhkəməsindən, insanın susmayan daxili nəzarətçisindən gedir. İnsanı günaha sürükləyən, onun məhvini istəyən lənətlik iblis, bu səsin susdurulmasını istəyir. İnsanların haqqını basan, özgənin malını yeyən şəxs, ən əvvəl öz vicdanını susdurur, daxildən gələn səsi batırır. Hər hansı bir günahı götürsək, təfavütü yoxdur, hər birinin səbəbi - məhz bu vicdan səsinin boğulmasındadır. Vicdan - bu amansız və heç bir rüşvət qəbul etməyən hakim, insanın tənəzzülə getməsinin qarşısını alır və onu məhvdən qoruyur.

Əlamətdar məqam odur ki, insanın mənəvi sərhədlərinin genişliyi bilavasitə onun özünənəzarət qabiliyyətinin durumu ilə bağlıdır. Çox rast gəlinən bir məsələdir ki, insanlar var, hansısa xoşagəlməz əməli yerinə yetirirlər, irad tutanda isə deyirlər ki, "günah ki, işlətmirik, başqasına pislik etmirik, nə olsun ki, hansısa əxlaqi prinsipləri pozmuşuq". Çox ağrılı bir təfəkkür tərzidir! Axı elə hər işin başı - məhz əxlaqdır. Bir şey ki, əxlaqın ziddinədir, demək bu, tənəzzülə aparan amildir. Digərinə zərər vurmursan, amma özünə ki, zərər vurursan! Allahın sənə verdiyi ölməz ruhu, bu qiymətli əmanəti yaralayırsan!
Həqiqətdə, insanın rəhbər tutmalı olduğu meyar - kamillik və naqislikdir. Naqislik - insanı Allahdan uzaqlaşdıran, tənəzzülə aparan hər bir şeydirsə, həqiqi kamal da bunun əksidir - insanı Rəbbinə yaxınlaşdıran, onu İlahi rəhmətdə həll edəndir. Və vicdan, bu baxımdan ən gözəl köməkçidir. Harada ki, vicdan sızıldayır - demək, nə isə bir diqqətsizlik, naqislik olub, nəyisə düzəltmək, kiminləsə halallaşmaq gərəkdir. Düşünən insan üçün böyük ibrətlər müəyyən etmişdir dinimiz.

Söz eşitmək qabiliyyəti

Hədisdə toxunulan üçüncü məqam insanın nəsihət qəbul etmə mərifətinə, söz eşitmək qabiliyyətinə aiddir. Həzrət Əli (ə) buyurur: "Xoş olsun, ona yol göstərən nəsihətçiyə tabe olan və onu məhvə sürükləyən azğından uzaqlaşanın halına".

Hədisdən məlum olur ki, dinimizin nəzərində nəsihətçi o kəs hesab olur ki, insana doğru yolu göstərir. Əks tərəfə yönəldən, nəinki nəsihətçi hesab olunmur, İslamın nəzərində o, azğın bir kəsdir. Beləsinə qulaq asmaq nəticəsində, insanın məhvə sürükləndirildiyi barədə xəbərdarlıq edilir. Nəsihətin doğru-yanlışlığının da dəqiq meyarı vardır - əgər bir kəsin dedikləri Quranla, İlahi tövsiyələrlə, Həzrət Peyğəmbərimizin (s) və məsum İmamların (ə) buyuruşları ilə uyğun gələrsə - düz, bunlara ziddirsə - tənəzzülə aparan bir amillərdir.

Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə deyilir: "Nəsihəti qəbul etməkdən boyun qaçıran şəxs məhv olar".

Gördüyümüz kimi, imanın təzahürü olan nəsihət eşitmək qabiliyyətindən məhrum bir durumda olmaqlıq, insanı məhvə sürükləyən bir amil kimi qətiyyətlə pislənilir. Bu sıraya, o cümlədən, təkəbbürlük nişanəsi kimi - "mənə heç kəsin məsləhəti-filanı lazım deyil, mən özüm hər şeyi bilirəm" məfkurəsinin daşıyıcılığı da aiddir, digər motivlər ucbatından xoşməramlı nəsihəti eşitməməyə üstünlük verməklik də.

İmam Muhəmməd Baqirdən (ə) nəql edilən hədisdə isə yaxşı və pis məsləhət sahiblərinə münasibət barədə söz açılır: "Səni ağladan, amma sənin xeyrini istəyən şəxsə tabe ol, səni güldürən, amma sənə qavrşı hiyləgərlik işlədənə isə tabe olma".

İnsan gərək tərəf müqabilinin onda yaratdığı aldadıcı emosiyalara deyil, bu insanın ona göstərən yolun keyfiyyəti barədə düşünsün. Bu məsələdə ən yaxşı məsləhətçi - vicdan və əqldir. İnsan gərək dost-düşmənini bu iki köməkçisinin süzgəcindən keçirərək ayırd etsin, ona təklif edilən seçimin mahiyyətinə varsın.

Nəsihət verən necə olmalıdır

Nəsihət verən şəxsin keyfiyyətləri barədə dinimizin açıqlamalarına da qısaca toxunaq. Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə həqiqi mənada nəsihət verən, müsbət yola yönəldən şəxsi tanımağın meyarları göstərilmişdir: "Nəsihət verən şəxsin 4 nişanəsi var: o, haqq hökm çıxarır; özündənsə, başqalarına haqq qazandırır; özü üçün bəyəndiyini başqaları üçün də bəyənir; və heç kəsə (heç kəsin haqqına) əl uzatmır".

Əgər insan yaxın-uzaqlığına, qohum-özgəliynə baxmayaraq, ədalət və vicdanı rəhbər tutaraq qərar verirsə, əgər özünü daima təmizə çıxarmağa çalışmırsa, əksinə - digərlərini nəcabətli və şərafətli durumda təqdim etməyə üstünlük verirsə, əgər başqasına yalnız onu qıyır ki, nəyi özünə rəva bilir və heç kəsin haqqını pozmursa - beləsinin tövsiyə və məsləhətlərinə rahatlıqla riayət etmək olar. Bu cür şəxs adama pislik istəməz, onu problemə salmaz.

Ümumilikdə İslam tarixini, o cümlədən, Kərbəla vaqiəsini, İmamlarımızın (ə) həyatını, onların ardıcıllarının, övliyaların həyatını nəzərdən keçirsək, görərik ki, hər bir şəraitdə, hər bir halda ədalət və mürüvvəti rəhbər tutanlar ümməti işığa doğru aparanlar olmuşdur.

Yuxarıda gətirilmiş hədisə qayıdaraq, yekunda deyə bilərik ki, təhlil, İlahi tofiqata layiq olanların, özlərini moizə edənlərin, saleh əməl sahiblərinin nəsihətlərinə diqqətlə yanaşanların nicat tapmalarını, bu 3 xüsusiyyətdən məhrum olan insanların isə mənəvi zənginlikdən, tərəqqidən kənarda qaldıqlarını göstərir. Və Uca olan Allahdan diləymiz budur ki, cəmi insanlara bu gözəl xüsusiyyətlərə malik olmağı nəsib etsin!

Allahım, bizi dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə birgə et!
Allahım, ümmətin elmlənməsini, qarşıda duran müşküllərin həllini nəsib et!
Allahım, gənclərin elmli və mərifətli, ağsaqqalların vüqarlı və müdrik, qadınların iffətli və dəyanətli, ümumilikdə bütün ümmətin ləyaqətli və fədakar, laqeydlikdən uzaq bir durumda olmasını nəsib et!

Allahım, işğal altında olan torpaqların, ilk növbədə Qarabağ və Qüdsün azad olmasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu
Milli.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün İmam Hüseynin (ə) mövlududur

    Bu gün İmam Hüseynin (ə) mövlududur ...

    10-05-2016, 11:58

  • 
  • Bu gün Ərbəin günüdür - İmam Hüseynin şəhadətinin 40-cı günü

    Bu gün Ərbəin günüdür - İmam Hüseynin şəhadətinin ...

    27-09-2021, 14:49

  • 
  • Proses məntiqi sonluğuna yaxınlaşıb

    Proses məntiqi sonluğuna yaxınlaşıb ...

    8-04-2016, 01:19

  • 
  • Azərbaycana mesaj göndərdilər: Gəlirik Qarabağı azad etməyə – İŞİD-in qənimi “İmam Hüseyn” ordusu (Video izlə)

    Azərbaycana mesaj göndərdilər: Gəlirik Qarabağı ...

    13-02-2017, 01:25

  • 
  • Azərbaycana mesaj göndərdilər: Gəlirik Qarabağı azad etməyə – İŞİD-in qənimi “İmam Hüseyn” ordusu (Video izlə)

    Azərbaycana mesaj göndərdilər: Gəlirik Qarabağı ...

    15-07-2016, 01:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu