“Gündəm-Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərinin üz-üzə qaldığı problemlə bağlı, Yasamal rayon Məhkəməsində keçirilən məhkəmə prosesi artıq özünün məntiqi sonluğuna yaxınlaşıb. 07 aprel 2016-cı il tarixdə saat 10:00-da hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesində, əsassız olaraq təqsirləndirilən şəxsin, Şirin Cəfərinin son çıxışını edəcəyi və ardınca məhkəmə hökmünün çıxarılacağı gözlənilirdi. Amma, hakimin katibliyindən bildirildi ki, Hüseyn Səfərov rəsmi tədbirdə iştirak etdiyi üçün o, məhkəmə prosesində iştirak edə bilməyəcək. Belə bir səbəb üzündən də, keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi növbəti dəfə təxirə salındı və prosesin 12 aprel 2016-cı il tarixdə saat 10:00-da keçirilməsi elan olundu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?