Dişlərdə yaranan kariesin qarşısını almaq üçün ənənəvi stomatoloji müdaxiləyə ehtiyac yoxdur.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, Sidney Universitetinin alimləri bu qənaətə gəliblər. Onlar öz araşdırmaları ilə sübut ediblər ki, karies heç də əvvəllər deyildiyi kimi, sürətlə inkişaf etmir. Odur ki, dişdəki kariesi dərhal təmizləyib plomb qoymaq vacib deyil. Əksinə, kariesin inkişafı üçün 4 ildən 8 ilə qədər vaxt lazımdır. Bu müddət ərzində isə onun inkişafını ev şəraitində qulluq vasitələri ilə almaq mümkündür.
Avstraliya alimlərinin 7 illik araşdırması sübut edib ki, mütəmadi qulluq nəinki karies riskini azaldır, həmçinin, onun inkişafının qarşısını birdəfəlik alır. Bunun üçün ev şəraitində dişlərə gündəlik qulluq etmək və şəkərdən istifadəni azaltmaq kifayətdir.
Alimlər ftorlu laklara üstünlük verməyi də məsləhət görüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?