Amerika alimlərinin bir qrupu sensasion sayıla biləcək nəticəyə gəliblər. Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, alimlər bu qənaətə gəliblər ki, insanlarda xərçəng növlərinin əksəriyyəti hüceyrələrin təsadüfi bölünməsi nəticəsində yaranır.
Onlar hesab edirlər ki, xəstəliyin meydana çıxması genetika, ətraf mühit və həyat tərzi ilə bağlı deyil. Öz təhqiqatları çərçivəsində alimlər xərçəngin 31 tipini tədqiq ediblər və 2/3 halda prosesə xarici və ya genetik faktorların təsirini aşkar eləməyiblər.
Bununla belə, alimlər hesab edirlər ki, həyatın keyfiyyətinin və ekologiyanın yaxşılaşması ağciyər xərçəngini və dəri örtüyü xərçənginin qarşısını ala bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?