GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanlıların "siqnal xəstəliyi"...

Azərbaycanlıların "siqnal xəstəliyi"...

Tarix: 10-12-2015, 14:31 Bölmə :Maraqlı Baxış: 0
Azərbaycanlıların "siqnal xəstəliyi"...

Çoxumuz avtomobil sürücülərinin şəhərdə, yaşayış yerlərində, məhəllələrdə səs siqnallarından yerli-yersiz istifadə etdiklərinin şahidi olmuşuq. Hətta gecə saatlarında yüksək desibelli səs siqnalları ilə insanları yatmağa qoymayan, hətta yatanları yerindən dik atdıran, insanların rahatlığını pozan, hətta psixi pozuntulara qədər gətirib çıxaran sürücülər də var. Sürücülərin bəziləri bilərəkdən və ya bilməyərək deyirlər ki, əgər avtomobildə səs siqnalı verən qurğu varsa, deməli, ondan istifadəyə də icazə var. Onlar da istədikləri yerdə və istədikləri qədər siqnal verə bilərlər. Bəs əslində sürücülər avtomobillərin səs siqnallarından nə zaman istifadə edə bilərlər?

Əhalidə narahatlıq doğuran bu məsələyə aydınlıq gətirən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a bildirib ki, yaşayış məntəqələrində səs siqnallarından istifadə edilməsinə yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə icazə verilir. Digər hallarda, eləcə də hansısa nəqliyyat vasitəsini ötmək üçün yalnız yaşayış məntəqələrindən kənarda siqnal verilə bilər: "Bəzi ərazilərdə, məsələn, xəstəxanalar, məktəblər, bağçalar və digər müəssisələrin yanında səs siqnallarınn verilməsini qadağan edən müvafiq yol nişanları var. Həmin nişanların təsir sahəsində də siqnal vermək qadağandır və qadağanı pozanlar cərimə olunurlar".

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 73-cü (Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi) maddəsinin birinci bəndinə əsasən, təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

Həmin maddənin 11-ci bəndinə görə isə səs siqnallarından yalnız yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün aşağıdakı hallarda istifadə oluna bilər.

Yəni məntiqlə adi nəqliyyat vasitələrinin digər hallarda səs siqnallarından istifadə edilməsi qadağandır və buna görə inzibati məsuliyyət nəzərdə tutulur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 151-2-ci (Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması) maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə sürücülər 30 (otuz) manat miqdarında cərimə edilirlər.

İXM-nin 155.7-ci maddəsində isə göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manatdan 800 (səkkiz yüz) manatadək miqdarda cərimə edilirlər.

Bəs sürücülər bunları bilə-bilə niyə tez-tez siqnal verirlər? Bəlkə, siqnal səslərindən xoşları gəlir? Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bununla bağlı Milli.Az-a deyib ki, səs siqnalından istifadə ilk növbədə yol mədəniyyəti məsələsidir: "Etiraf etməliyik ki, sürücülərimizin əksəriyyəti mədəniyyət məsələsində bir az "axsayırlar". Müşahidələr göstərir ki, orta statistik Azərbaycan sürücüsü aqressivdir, əsəbidir, şəraitə uyğun davranış nümayiş etdirmir. Məsələn, görürsən ki, işıqforda dayanıb, beşincidir, onuncudur, amma qırmızı işıq yanıb-sönən kimi başlayır dayanmadan siqnal verməyə"

Ekspertin sözlərinə görə, maraqlısı budur ki, yol polisi çox zaman qanunsuz olaraq səs siqnallarından istifadə edənləri cərimələyə bilmir. Bunun isə çox sadə səbəbi var: "Çünki bu qayda pozuntusunu qeydə almaq nisbətən çətindir. Sürücü lüzumsuz siqnal verəndə səs nəzarət-müşahidə kameralarına düşmür. Bütün avtomobillərdə də siqnal var. Həmin ərazidə də çoxlu avtomobil ola bilər. Səs isə cəmi bir saniyədən də az müddətdə eşidilir. Yol polisi həmin anda nə bilsin ki, səs hansı avtomobildən gəldi? Ona görə də səs siqnalından qanunsuz istifadə halları ilə bağlı məsuliyyətə cəlbetmə faktları çox azdır. Problemdən çıxış yolu isə yalnız sürücüləri öyrətmək, onları maarifləndirmək, onların mədəni səviyyəsinin qaldırılmaqdır. Demək lazımdır ki, siqnal versəniz də, verməsəniz də işıqfor öz vaxtında yanıb-sönəcək, sizdən əvvəl dayanmış avtomobillər getməsə, siz hərəkət edə bilməzsiz. Əbəs yerə siqnal verməyin və camaatı narahat etməyin də heç bir mənası yoxdur. Bax, bunları öyrətməliyik".

İlkin İzzət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Avtomobillərin səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırılır.

    Avtomobillərin səs siqnallarına görə cərimələr 10 ...

    22-11-2013, 18:08

  • 
  • Bakıda «Ələsgər» siqnalının canlı variantı tapıldı – VİDEO

    Bakıda «Ələsgər» siqnalının canlı variantı ...

    20-07-2014, 19:03

  • 
  • Yol polisi sürücülərin səsini yazacaq

    Yol polisi sürücülərin səsini yazacaq ...

    9-12-2012, 13:10

  • 
  • SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Buna görə 150 manat cərimələnə bilərsiniz

    SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Buna görə 150 manat ...

    2-05-2016, 12:54

  • 
  • Gecə qar ölüm gətirdi

    Gecə qar ölüm gətirdi ...

    9-01-2015, 13:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu