Tonzillit, yəni badamcıq iltihabı insanı həddən artıq dilxor edən bir narahatlıqdır. Daha çox uşaqlarda müşahidə edilən bu xəstəlik böyük yaşlı insanlarda da rast gəlinir.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, türkiyəli həkim İbrahim Saraçoğlunun badamcıq iltihabına yaxşı təsir edən reseptini təqdim edir.
Həkim ilk növbədə adaçayı və əmən-köməncinin boğaz ağrıları və badamcıq şişməsinə yaxşı təsir etdiyini deyib. O, müalicə kursu haqqında danışıb: "Bir stəkan qaynamış suyun içərisinə 1 paket adaçayı və 2 sap əmən-kömənci yarpağı atın. Bu çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin. Çay dəmləndikdən sonra süzün. Badamcıq iltihabı yüngül olan insanlar gündə 3, pis halda olanlarsa 6-7 dəfə qarqara edə bilərlər. Müalicə kursu bir ay davam etməlidir".
Bundan başqa, xəstəlik müddətində hər gün 1 stəkan adaçayı içmək olar. Alternativ müalicə üsulları üçün isə həkimə müraciət etmək lazımdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?