«Discovery news» yazır ki, Fransa neyrocərrahları virtual gözlükdən faydalanaraq beyindən bədxassəli şişi götürüblər. Xəstənin belə «gözlük» taxması cərrahların onun durumuna nəzarət imkanını maksimuma çatdırıb. Beləcə, xəstə beyinin sağlam sahələri, özəlliklə görmə mərkəzi zədələnməyib.
Beynində şiş törənəndən bəri xəstənin bir gözü görmürmüş. Cərrahlar onun o biri gözünün görmə qabiliyyətini qorumağa çalışıblar.
Əməliyyat vaxtı virtual gözlük xəstənin görmə dairəsində həm mərkəzi, həm də ətraf hissələri işıqlandırıb. Xəstə işıqsaçan nöqtələrin yerini həkimlərə bildirib. Bu məlumat cərrahların səhv etməsini əngəlləyib.
Əməliyyatdan üç həftə sonra xəstəyə baş çəkən həkimlər sağlam gözdə görmə dəqiqliyinin tam qorunduğunu öyrəniblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?