Sevdiyimiz insanla xoşbəxt olmaq hamımızın xəyalıdır. Bəs bunun sirri nədir?
Tarazlıq qurun Hər şeyin təməlində özünüzə aid olan həyatınızla, iki adam olaraq paylaşdığınız həyatın tarazlığını qura bilmək yatır. Tarazlıq burada çox əhəmiyyətlidir. Çünki yalnız öz həyatınıza vaxt ayırıb yoldaşınıza laqeyd yanaşmağınız, özünüzü tamamilə ona həsr etmək və özünüzü unutduğunuz qədər təhlükəlidir. Unutmayın; bu tarazlığı qurmağınız yalnız əlaqəniz üçün deyil, özünə inamım və özünüzə olan hörmət baxımından da olduqca əhəmiyyətlidir.
Fədakarlıqları unutmayın Bir əlaqənin xoşbəxt, uzun və davamlı olması üçün əhəmiyyətli nöqtələrdən digəri də iki tərəfin qarşılıqlı fədakarlıqlarda olmasıdır. Əsla unudulmaması lazım olan budur ki, siz artıq tək deyilsiniz. Yaxşı razılaşdığınız və çox sevdiyiniz biriylə ortaq bir həyat yaşamağa çalışırsınız. Əlbəttə hər zövqünüz və tələbiniz üst-üstə düşməyəcək. Amma iki tərəf də bir-birlərinin bu zövq və tələbləri mövzusunda fədakar olursa əlaqə çox daha sağlam olacaq. Bu kimi vəziyyətlərdə eqoist davranmaq əlaqəyə çox zərər verəcək.
Problemləri içinizə atmayın, paylaşın Sevmək, xoşbəxt olmaq necə bir duyguysa, hirslənmək, kədərlənmək də eyni şəkildə hər insanın sahib ola biləcəyi hisslərdir. Əgər canınız bir mövzuya sıxılıbsa bunu yoldaşınızla rahatlıqla paylaşa bilməlisiniz. Canınızı sıxan mövzu yoldaşınız deyil, hər hansı bir şey də ola bilər. Əhəmiyyətli olan içinizə atmamaq və paylaşmaq, eyni zamanda aranızdakı dostluğu möhkəmlətməkdir. Çünki içinə atdığınız kiçik problemlər irəlidə çox daha böyük problemlərə yol aça biləcək gücə malikdir.
İzah edəcək bir şeyləriniz olsun Qadın da kişi də əlaqənin müddətində eyni şeylərin təkrarlanmasından qorxar. Məsələn, axşam birlikdə yeməyə oturduğunuzda danışacaq bir şey olmaması … B çətinliyi yaşamamaq əlinizdədir. Özünüzə zaman ayırıb, sizi xoşbəxt edəcək bir şeylər edin. Ayrıca, arada bir kiçik sürprizlər edin.
Rəfiqlərənizə laqeyd yanaşmayın Ümumiyyətlə bir əlaqə başladığında rəfiqələrə ayrılan vaxt azalmağa başlayır. Bu bəzən əlaqənin ilk zamanların həyəcanındandır və bir müddət sonra normala dönür. Amma bəzən də yoldaşlara tamamilə laqeyd yanaşılır. Bu hər baxımdan sağlam bir vəziyyətdir. Unutmayın ki rəfiqələrinizlə paylaşacağınız hər mövzu sizi rahatlaşdıracaq, çətinliyinizi azaldacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?