Yoldaşınız ilə dərdləşin Əgər Qaynananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi başa düşməzsə anasını sevmədiyinizi, istəmədiyinizi və səbəbi olmadan problem çıxardığınızı düşünə bilər. Onunla fikirlərinizi və yaşadıqlarınızı paylaşın amma unutmayın danışdığınız adam yoldaşınızın anasıdı. Ona hisslərinizi izah edəndə anasını alçaltmaq yerinə hadisələri daha sakit və açıqlayıcı şəkildə ələ alın.
Onu başa düşmək üçün özünüzü onun yerinə qoyun Yoldaşınıza öz ananız haqqında nələr düşündüyünü soruşun. Əgər hər ikinizdə duyğu və düşüncələrinizi paylaşırsanızsa bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi deyirsinizsə bu çox yaxşı bir haldır.
Düşüncəli olun Qaynananıza bir az zaman verin. Onun hər normal insan kimi problemlərinin ola biləcəyini, yaşadığı hadisələrin bir əks olması olaraq bu şəkildə əks davranabiləcəyini göz qarşısında saxlayın. Əmin olun siz nə qədər nəzakətli və anlayışlı olsanız hər şey sizə müsbət olaraq dönəcək.
Təbii və içdən olun Heç vaxt süni davranmayın. Yaşı gərəyi həyat təcrübəsindən ötəri hər şeyin fərqində olacaq. Siz onu sevmədiyinizi əmin olduğunuz halda onu sevirmiş və aranızda heç bir probleminiz yoxmuş kimi davransanız şüphələnəcək və əlaqəniz daha da səmimiyyətsiz bir hal alacaq.
Tövsiyələr... Uşağınız var və yoldaşınızın anası onlara hər zaman nəzakətli davranırsa buraxın sizi sevməsin, bunu problem etməyin. Amma əgər uşaqlara sizi sevmədiyindən ötəri pis davranırsa onları ən azından bir müddət olsun görüştürməməkdə daha doğru qərardır. Yoldaşınızla bu mövzunu çox ciddi bir şəkildə danışmaq lazımdır. Qaynananızın yoldaşınızla aranıza girməsinə və xoşbəxt əlaqənizin yoldaşınızın anası üzündən zədələnməsinə əsla icazə verməyin. Davamlı onun haqqında yoldaşınıza deməyin. Yoldaşınız, anasıyla əlaqədar danışmağa başlayarsa ya da sizdən daha diqqətli davranmağı istərsə hirslənib yeni bir müzakirə mühiti yaratmaqdansa nəzakətli və sakitcə mövzunu dəyişdirin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?