Orqanizmi lazımsız və zərərli maddələrdən, toksinlərdən təmizləmək üçün ilin müəyyən dövrlərində detoks etmək lazımdır. Buna fürsət tapmayanlar isə detoks effektli qidalardan yararlana bilərlər. gundemxeber.az publika.az-a istinadən bildirir ki, detoks effekti yağları da əridir. Buna görə də sadəcə sağlamlığının qayğısına qalanlar deyil, arıqlamaq istəyənlər aşağıdakı qidalardan istifadə etməlidirlər:
Qırmızı bibər
Portağaldan 3 dəfə çox C vitamini ehtiva edir. Bu vitamin toksinləri həzm edilə bilən materiallara çevirir. Beləliklə, toksinlər bədəndən xaric edilir.
Sitrus meyvələri
Sitrus meyvələri də yüksək miqdarda C vitamini ehtiva etdikləri üçün detoks təsiri göstərirlər.
Günəbaxan
Tərkibindəki selen və E vitamini sayəsində qaraciyərin təmizlənməsini təmin edir.
Su tərəsi
Qaraciyəri təmizləyir. Təbii sidikqovucudur.
Sarıkök
Sarıkökdən də qaraciyəri toksinlərdən təmizləmək üçün istifadə edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?