GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

Tarix: 4-06-2016, 09:03 Bölmə :Maraqlı Baxış: 0
“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”

Azercell İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən İnternet təhlükəsizlik sahəsində Kaspersky Lab şirkəti ilə əməkdaşlığa başlayıb. Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.

“Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir.” Bu fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata keçirdiyi “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsinin təqdimatında səslənib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.

Tədbirdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi ilə bağlı qısa məlumat da açıqlanıb. Daha sonra “Ümidli Gələcək” gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsi haqqında məlumat veriblər.

Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi - “Universal Müdafiə” xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.

İkinci məhsul olan “Android üçün müdafiə” xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security - Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.

Üçüncü məhsul “Valideyn nəzarəti” adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta

nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.

Əməkdaşlığa dair fikirlərini bildirən Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd etmişdir: “Azərbaycanın aparıcı telekommukasiya şirkəti Azercell-lə tərəfdaş olmaqdan məmnunuq. İndi Azercell-in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. PK istifadəçiləri və Android platforması ilə işləyən cihaz sahiblərinin müdafiəsi üçün təqdim etdiyimiz məhsullar dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacaq. Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcayıq”.

Tədbiri maraqlı edən məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri “Active Moms Club” analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına Pantomima teatrının “Fəlakət və insan” tamaşası təqdim olunub və hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Kaspersky Lab 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir. Kaspersky Lab-ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. Kaspersky Lab şirkətinin texnologiyaları 400 milyon istifadəçi və 270 min korporasiya müştərisini və onlara mühüm olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”
“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”
“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”
“Təhlükəsiz İnterneti Azercell-lə Yaşa”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vahid Mürsəliyev "Azercell Telekom"un prezidenti təyin edilib

    Vahid Mürsəliyev "Azercell Telekom"un ...

    1-12-2015, 13:24

  • 
  • “Azercell” və “Park Cinema” xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil edəcəklər

    “Azercell” və “Park Cinema” xüsusi qayğıya ...

    7-05-2013, 12:40

  • 
  • Azercell “İlin Mobil Operatoru” seçildi

    Azercell “İlin Mobil Operatoru” seçildi ...

    21-12-2015, 19:24

  • 
  • Azercell-dən cəbhə xəttinə dəstək

    Azercell-dən cəbhə xəttinə dəstək ...

    5-04-2016, 14:32

  • 
  • Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata layiq görüldü

    Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata ...

    4-11-2015, 16:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu