Saç tökülməsi zamanı: 100 qram dəvədabanı, 50 qram kəklikotu, 50 qram mayaotu və pıtraq otu kökü götürülərək dəmlənir. Dəmləmə gündə 3 dəfə yarım stəkan daxilə qəbul edilir. Həmin bitkilərin miqdarını artıraraq saçın dibinə sürtülür, saçı yuyub qurtardıqdan sonra onunla yaxalanır. gundemxeber.az immunitet.az-a istinadən bildirir ki, lLavanda, gənəcərçək, fındıq yağı, E, A vitaminləri əlavə edildikdən sonra qarışıq saç dibinə maska şəklində çəkilir. Uşaqlarda ağızdan gələn qoxu zamanı: 2 ortaboy çuğundurun şirəsi çəkilir, 2 saat saxlanıldıqdan sonra qaşıq-qaşıq uşağa içirdilir. Limon dilimi doğranır, arasına bal tökülür, 1 gün saxlanıldıqdan sonra qaşıqla uşağa içirdilir. 5 yaşa qədər uşaqlar gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı, böyüklər isə gündə 3 dəfə 1 xörək qaşığı qəbul edir. Uşaqlarda boy artımı üçün: Yerkökü şirəsinə yarıbayarı süd tökülüb içildikdə, uşaqlarda boy artımı sürətlənir. Lofant birkisinin çiçəklərinin balla qarışdırılıb içilməsi, boy uzanmasına yardımçı olur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?