Əbu Səhl Nobəxti adı ilə məşhur olan İsmayil ibni Əli nəql edir: "O günlərdə ki, İmam Həsən Əsgəri (ə) xəstə yatağında yatırdı, Həzrəti (ə) ziyarət etməyə getmişdim. İmam (ə) elə bu xəstəliyi ilə də şəhid olmuşdu. Yatağının kənarında qəmli halda əyləşmişdim. Həzrətin (ə) gözəl camalına tamaşa edirdim. Birdən Həzrət (ə) xidmətçisini çağırdı və ona buyurdu: "Ey Əqid! Bir qədər suyu sakitləşdirici dərmanla bir yerdə qaynat və qoy soyusun". Xidmətçi suyu qaynatdı və soyutdu. Suyu qaba töküb, Həzrətin (ə) yanına gətirdi ki, onu içsin. Həzrət (ə) titrəyən əlləri ilə su qabını əlinə götürdü və onu içmək istədi. Ancaq əlləri o qədər əsirdi ki, su qabı dişlərinə dəyir və o, suyu içə bilmirdi. Suyu yerə qoyub xidmətçisinə buyurdu: "Ey Əqid! O otağa get! Orada səcdədə olan oğlan uşağını görəcəksən, ona de ki, mənim yanıma gəlsin". Xidmətçi nəql edir: "Həzrətin (ə) buyurduğu otağa getdim və orada səcdə halında olan oğlan uşağını gördüm ki, nişan barmağını göyə qaldırmışdı. Ona salam verdim və o, da səcdəsini qısa etdi". Ona dedim: "Mövlam (ə) buyurur ki, onun yanına gedəsiniz". Bu zaman uşağın anası gəldi və onu Həzrətin (ə) yanına apardı".
gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, Əbu Səhl nəql edir: "Ay kimi gözəl və nurani simalı bu uşaq atasının yanına gəlib salam verdi və atası oğlunu görən kimi ağlamağa başladı". Ona buyurdu: "Ey oğlum! Sən bizim ailənin böyüyü və seyyidisən. Mən Pərvərdigarıma tərəf gedirəm. Bu sakitləşdirici sudan bir qədər mənim ağzıma tök". Bu sudan bir qədər içdikdən sonra buyurdu: "Mənə kömək edin ki, namazımı qılım". Bu uşaq atasının yanında olan dəsmalı dizinin üstünə qoydu və atasına dəstəmaz aldırdı. Əbu Muhəmməd (ə) bu xəstə halı ilə namazını qıldı və oğluna xitab edərək buyurdu: "Ey oğlum! Sənə müjdə olsun ki, sən Sahibi Zaman və bu ümmətin Məhdisisən (ə)! Sən yer üzündə Allahın hüccəti və xəlifəsisən. Sən mənim vəsim və İmamların xatəmisən. Cəddin Peyğəmbər (s) səni özü adı ilə tanıtmışdır". Əbu Səhlin nəql etdiyinə görə, İmam (ə) bu sözləri deyib gözlərini əbədi olaraq yumdu və Mötəsəmin ona içdirtdiyi zəhərin təsirindən şəhid oldu. (Tebyan) Allah Təbarəkə və Təala bizləri İmam Həsən Əsgərinin (ə) ardıcıllarından və İmam Zaman ağanın (ə.f) müntəzirlərindən qərar versin!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?