GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

Tarix: 27-07-2016, 17:37 Bölmə :Maraqlı Baxış: 1 066
Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

1995-ci il. Moskva. Kreml. Prezident Yeltsin müxtəlif sahələrdə fərqlənmiş şəxslərə dövlət mükafatını təqdim edir; medallar, ordenlər, fəxri fərmanlar. Və bu vaxt növbəti təltif barədə anons verilir: “Rusiya Federasiyasının qəhrəmanı adıyla, Rusiya Federasiyası qarşısında xidmətlərinə görə, Davud Hüseyn oğlu Paşayev təltif edilir”.

Zala toplaşanların çoxu bəlkə də bu adı ilk dəfə idi eşidirdilər. Ona görə də səhnəyə kimin çıxacağını səbirsizliklə gözləyirdilər… Deyəsən, elə Yeltsin də onu ilk dəfəydi görürdü…

Paşayevlər əslən Qazaxdandırlar, daha dəqiqi, Daş Salahlı kəndindən. Deyilənə görə, Vəkilovlarla da yaxın qohumdurlar. Amma bu nəslin ən tanınmış şəxsi, Stalinin sevimlisi Səməd Vurğun belə ona kömək edə bilməmişdi… Ona deyəndə ki, keçmiş Müsavat zabiti Hüseyn bəy Paşayevə.

Kim idi Hüseyn bəy Paşayev? Bu ad sizə nəsə deyirmi? Çoxunuza yox, yəqin ki. Amma film kimi bir həyat yaşayıb Hüseyn bəy. 1897-ci il iyunun 1-də Qazaxda ziyalı ailəsində anadan olub. Atası onu Qoriyə göndərib oxumağa. İki ildən sonra Qoridəki Zaqafqaziya Müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirib. Qayıdıb elə Qazaxdaca dərs deyib. 21 yaşında Müsavat ordusuna yazılıb. Qısa zamanda artilleriyanın sirlərini öyrənib. Onu kiçik komandir təyin edirlər. 1920-ci ilin əvvəllərində o, zabit kurslarına yazılır. Kursu uğurla bitirir. Aprelin 24-də Qubaya təyinat alır. Dörd gündən sonra isə Müsavat hökuməti devrilir. O, Qubadan Qazaxa qayıdır. Bir müddət Daş Salahlıda yaşayır. Amma az sonra onun dalınca gəlirlər. Müsavat ordusunun keçmiş zabitinə yeni Qızıl Orduda xidmət etmək təklif olunur. Razılaşmasaydı, əks-inqilabçı kimi güllələnə bilərdi. Hüseyn bəy Qırmızı Orduda xidmətə başlayır.

Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

Amma günlərin bir günü yenə onun dalınca gəlirlər. Yenicə evlənmişdi Hüseyn bəy. İlk övladını gözləyirdi. Bu dəfə gələnlər isə meşin gödəkçəlilər, çekistlər idilər. Elə evindəcə qolları qandallanır. Onu gizli Müsavat firqəsinin üzvü olmaqda ittiham edirlər. Amma sən demə, bütün bunlar bir çuğulun işləri imiş. Elə öz kəndlərindəcə yaşayan M. adlı birinin onun gənc arvadına gözü düşübmüş. Hüseyn bəyi aradan götürmək üçün onu yalandan şərləmək qərarına gəlibmiş.

Acınacaqlı olsa da, istəyinə nail olur həmin adam. Hüseyn bəy Sibirə, gedər-gəlməzə göndərilir. Və gedir, bir də geri düz 40 ildən sonra gəlir.

Hüseyn bəyi o dövrün ən qəddar və amansız həbs düşərgələrindən olan Solovkiyə göndərmişdilər. Şimalda, Ağ dəniz sahillərində yerləşən bu həbs düşərgəsinin mövcud olduğu tarix ərzində bircə məhbus belə oradan qaça bilməmişdi. Sərt qaydalarla idarə olunan həbs düşərgəsinə adətən sovet hakimiyyətinin düşmənlərini sürgün edirdilər. Hüseyn bəyi bura 1927-ci ilin aprelində gətirilər. Ömrü boyu isti iqlim şəraitində yaşamış birisi üçün bu düşərgə az qala ölüm vadisinə çevrilmişdi. Bir neçə dəfə ağır xəstələnir. Amma dözür, ayaqda qalır. Bircə nigarançılığı Qazaxda qoyub gəldiyi həyat yoldaşından olur. Və bir gün dəhşətli bir xəbər alır. Necəsə, haradansa xəbər tutur ki, həyat yoldaşı Hüseyn bəy tutulandan bir ay sonra ərə gedib. Özü də onu satan çuğula.
Amma yıxılmır Hüseyn bəy. Buna da dözür. Başını iş-güclə qatmağa başlayır. Bir gün həbsxananın rəisinə raport yazır. Ona bildirir ki, əgər icazə verilirsə, yayda həbsxananın həyətində kiçik bir dirrik düzəltsin. Tərəvəz əksin, göyərti yetişdirsin. Rəis Aleksandr Noqtev təklifi bəyənir. Hətta ona söz verir ki, bacarsa, qışda belə ona istixana yaradılmasına kömək edəcək. Təki tərəvəz, göyərti yetişdirsin. Hüseyn bəy həvəslə işə başlayır. Bütün günü torpaqla əlləşir, rəis haradansa ona tərəvəz toxumları da tapıb gətirir…

Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

…Həmin gün həbsxanaya xəbər yayılır ki, yaxın zamanda Solovkiyə şəxsən Kalinin özü gələcək. Mixail Kalinin faktiki ölkənin ikinci adamı sayılırdı. O dövrdə hətta Stalin belə onunla hesablaşmaq məcburiyyətindəydi. Kalininin gəlişiylə bağlı həbsxanada ciddi təmizlik işləri başlayır. Hüseyn Paşayevi yanına çağıran yeni rəis Eyxmans dirriyi yox eləməyi tapşırır. Amma Hüseyn bəy onu inandırır ki, əksinə, görülən bu iş Mixail İvanoviçin çox xoşuna gələcək.

Kalinin həbsxanaya gecə gəlir. Onun üçün xüsusi ayrılmış otaqda gecələyir. Səhəri Solovkidəki vəziyyətlə tanış olmağa başlayır...

...- Paşayev, yoldaş Kalinin çağırır. Cəld, qaça-qaça.

Rəisin kabinetində qəbul edir onu Kalinin.

- Bunları sən yaratmısan?

- Bəli, yoldaş Kalinin.

- Bəs niyə sahəsi azdır?

- Günahkaram, yoldaş Kalinin.

Saqqalına tumar çəkə-çəkə pəncərənin qarşısan gəlir Mixail İvanoviç. Bir az fikrə gedir.

- Yoldaş Eyxmans, mən bu dustağı özümlə aparası oldum.

Rəis çaş-baş qalır. Necə yəni aparacam? Hara? Niyə? Nə üçün?
Kalinin rəisin həyəcanını başa düşür.

- Sən narahat olma. Sənəd işlərini özüm həll edəcəm.

Kalinin Moskvaya qayıdır. Paşayevi də özüylə aparır. Yolboyu isə ona heç nə demir.

Bir də Kremldə, kabinetində dillənir:

- Ölkənin kənd təsərrüfatı məhsullarına böyük ehtiyacı var. O soyuqda sən elə bir təsərrüfat yaratmısansa, bacaracaqsan. Qulaq as, sən böyük bir əraziyə təhkim edilirsən. Orada sovxoz yaradılmalıdır. Bu sovxozu yaradıb, ona rəhbərlik edəcəksən. Moskvanın tələbatını ödəmək üçün.

Hüseyn bəy çaşıb qalmışdı. Nə deyəcəyini belə bilmirdi...

Düz on il, “Moskva” sovxozu paytaxt Moskva üçün tərəvəz yetişdirdi, durmadan paytaxta tərəvəz tədarük etdi. Kalinin bir neçə dəfə Hüseyn Paşayevi dövlət mükafatına təqdim etmək istədi. Amma nə dövr həmin dövr idi, nə də Kalinin. İndi Stalinin qılıncının qını da kəsirdi. Xalq düşməninə görə, Stalinin qəzəbinə gələcəyindən qorxub, bu addımı atmır Kalinin. Son məqamlarda fikrindən daşınır.

Amma Hüseyn bəyə dövlətin ən ali mükafatlarından birini verəcəkdilər: O, “Lenin” ordeninə layiq görüləcəkdi. Onun oğlu isə bir qədər də irəli gedəcəkdi, Rusiya Federasiyasının Qəhrəmanı adını alacaqdı. Bütün bunlara isə hələ vardı...

Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə Varvara Sergeyevna adlı xanımla tanış olur Hüseyn bəy. Tezliklə evlənirlər. 1935-ci ildə ilk övladı dünyaya gəlir. Adını Kazım qoyurlar. Kazım Qorki adına Politexnik İnstitutunu bitirir. Tale onu sonradan Bakıya da gətirib çıxarır. Bir müddət Bakı kondisionerlər zavodunun baş direktoru işləyir. Bundan sonra Paşayevlərin ailəsində daha 3 uşaq dünyaya gəlir. Onlardan ikisi - Nina və Pəri sonradan Tibb İnstitutunu bitirirlər. Ailənin sonuncu övladı isə Davuddur. Rusiya Federasiyasının gələcək Qəhrəmanı.

Davud orta məktəbi əla qiymətlərlə bitirir. Ural Politexnik İnstitutuna daxil olur. Elə gələcəyin prezidenti Boris Yeltsin də bu ali məktəbi bitirmişdi. 1963-cü ildə bu ali məktəbi bitirən kimi onu təyinatla SSRİ Gəmiqayırma Dövlət Komitəsinin nəzdində olan “Şimal maşınqayırma müəssisəsi” İstehsalat Birliyinə göndərirlər. Hə, onu da qeyd edək ki, Davud adı çəkilən ali məktəbin “Atom enerji qurğularının layihələşdirilməsi və istismarı” adlı yeni ixtisası üzrə ilk məzunlarından idi.

Yeri gəlmişkən, Davudun, gələcəyin qəhrəmanının həyat yoluna qayıdacağıq. Amma burda bir məqamı qeyd edim. Hüseyn Paşayev az qala 40 ildən sonra vətəninə - Azərbaycana qayıda bilir: 1961-ci ildə. Paşayev Pirşağı kəndində yerləşən sovxoza direktor təyin olunur. Və çox yox, 3 ildən sora “Lenin” ordeninə layiq görülür.

...Davud adı çəkilən müəssisədə usta köməkçisindən baş direktoradək şərəfli əmək yolu keçir. Məxfi bir sahədə işlədiyindən uzun müddət ən yaxın qohumları ilə təmasdan belə məhrum olur. 1988-ci ildə həmin istehsalat birliyinin - Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilir. Davud Paşayev həmin müəssisənin tarixində kollektiv tərəfindən seçilən yeganə rəhbər olub. “Sevmaş” “Akula”, “Antey”, “Bars” kimi strateji təyinatla gəmilər məhz onun rəhbərliyi dövründə inşa edilib.

Davud Paşayevi nahaq yerə Rusiya atom sualtı qayıqlarının atası, xilaskarı adlandırmırdılar. Onun rəhbərlik etdiyi zavodun yerləşdiyi Severodvinsk şəhərinin meri Mixail Qmırin müsahibələrinin birində demişdi: “Bu əfsanəvi insan böhranlı 90-cı illərdə Rusiyanın bütün hərbi gəmiqayırma sahəsini uçurumdan çıxardı. Severodvinsk bir şəhər kimi yox olub gedirdi. Şəhəri qurtardı. İstedadlı gəmiqayırma mühəndisi ağır iqtisadi şəraitdə misilsiz təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, unikal tərsanələrin istehsalat və kadr potensialını qoruya bildi. Keçmiş SSRİ-nin əksər müəssisələrinin dayandırıldığı bir zamanda Davud Hüseynoviç zavodu və şəhəri dövlət səviyyəsində qoruya bildi”.

Onun ölümündən sonra məşhur rusiyalı jurnalist Andrey Mixaylov yazacaqdı: “Ölkədə aclıq, qıtlıq hökm sürürdü. Vəhşi illər yaşayırdı Rusiya. Bazar iqtisadiyyatı dedikləri yüksək səviyyəli kadrları məhv edirdi. Unikal atomçu mütəxəssislər “tolkuçka”larda alver edir, içkiyə qurşanıb zavodlardan qaçırdılar. Bu tunelin sonunda işıq görünmürdü. Və bu vaxt o, təşəbbüsü ələ aldı. Paşayev olmasaydı, Rusiyanın indiki supermüasir gəmilərə malik donanması da olmayacaqdı. Rusiya bunu heç vaxt unutmamalıdır”.

Hə, sonradan o da məlum olacaqdı ki, müəssisənin fəhlə və mühəndisləri məhz Paşayevin xətrinə gecə-gündüz, özü də çox vaxt əmək haqları aylarla gecikməklə işləyirdilər. Fəhlə və mühəndislərə direktorun soyadı ilə “Paşayev talonları” adlandırılan nağdsız hesablaşma talonları və hərəyə elə orada istehsal olunmuş iki kömbə çörək verirdilər. Bütün bunlara rəğmən, onlar direktorlarını sevirdilər. Bu ağır şəraitdə Paşayevin təklifi ilə sualtı qayıqların ən yeni, dördüncü nəsli inşa olunmağa başladı. Və həmin gəmilər bu gün də Rusiya Hərbi dəniz Qüvvələrinin xidmətindədir.

Sibirdən Pirşağıya, su altında gizli axtarış, xilaskarın qərib məzarı... – FİLM KİMİ HEKAYƏT

Və nəhayət, 1995-ci ildə Davud Hüseyn oğlu Paşayev Rusiya Qəhrəmanı adına layiq görüldü. O, Rusiya tarixində bu adı almış ilk və sonuncu istehsalat rəhbəri olub. Kremldə, Paşayevin sinəsinə “Qızıl ulduz”u taxan prezident Yeltsin protokoldan kənara çıxaraq onunla qısa söhbət də etmişdi. Sonra da əlini çiyninə vuraraq “Səninlə fəxr edirəm” demişdi.


Bundan sonra Davud Paşayev 2000 və 2006-cı illərdə Rusiyanın dövlət mükafatını alacaqdı. 2005-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdu.

Paşayevin həyatında ilginc məqamlar çoxdur. Məsələn, illərlə məxfilik şəraitində çalışmışdı. Hətta ailə üzvləri belə günlərlə onun harada olduğunu bilmirdilər. Çox az adama məlum idi ki, o, zərərli radiasiya şəraitində yeddi min saatdan çox işləmişdi. Suyun altında min saatdan çox vaxt keçirmişdi.

Dünyada həsəd aparılan “Prirazlomnaya” buzadavamlı stasionar dəniz platformasının layihəsi onun vaxtında verilmişdi, tikintisinə onun baş direktor olduğu dövrdə başlanmışdı.

Uzun illərin stressli və gərgin işi onun sağlamlığına ciddi ziyan vurmuşdu. 2009-cu ilin payızında o, ağır xəstəlik tapır. Uzun yaşamır. 2010-cu il aprelin 6-da dünyasını dəyişir. Maraqlıdır ki, ömrünün son illərini Moskvada yaşamışdı. Rusiya Qəhrəmanı kimi paytaxtda, lap Kreml divarları arasında belə dəfn edilə bilərdi. Amma o, Severodvinskdə dəfn olunmasını vəsiyyət etmişdi. Həmin o şəhərdə. O şəhərdəki onu da əslində ölməyə məhz Paşayev qoymamışdı…


Səbuhi Məmmədli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüseyn Dəryanın xanımı: "Ona yalan danışmışdım"

    Hüseyn Dəryanın xanımı: "Ona yalan ...

    30-12-2015, 23:26

  • 
  • Sabiq millət vəkili Hüseyn Abdullayev barəsində axtarış elan olunub

    Sabiq millət vəkili Hüseyn Abdullayev barəsində ...

    26-06-2013, 17:30

  • 
  • Almaniyadan Hüseyn Abdullayevə "stop"

    Almaniyadan Hüseyn Abdullayevə "stop" ...

    7-11-2013, 11:51

  • 
  • Prezident medal və fəxri adlar verdi - SİYAHI

    Prezident medal və fəxri adlar verdi - SİYAHI ...

    17-06-2016, 18:35

  • 
  • Prezident fəxri diplom verdi

    Prezident fəxri diplom verdi ...

    2-02-2016, 22:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu