GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » AMEA-nın yeni prezidenti məmurlarla böyük savaşa başlayır

AMEA-nın yeni prezidenti məmurlarla böyük savaşa başlayır

Tarix: 1-05-2013, 02:08 Bölmə :Maraqlı Baxış: 1 424
AMEA-nın yeni prezidenti məmurlarla böyük savaşa başlayır
Pul və nüfuz gücünə elmi ad alan məmurları, onların ailə üzvlərini heç də yaxşı perspektiv gözləmir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti Akif Əlizadə ciddi islahatların həyata keçirilməsinə hazırlaşır. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib. Mənbənin sözlərinə görə, Akif Əlizadə hələ bu vəzifəyə seçiləndən dərhal sonra AMEA-nın fəaliyyəti ilə bağlı kəskin iradlarla çıxış etmişdi.

Gəlin onlardan bəzilərini xatırlayaq. Məsələn, Akademiyanın yeni prezidenti demişdi ki, AMEA Rəyasət Heyətinin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib. Akif Əlizadə həmçinin bildirmişdi ki, AMEA bölmələrinin fəaliyyəti çox zaman formal xarakter daşıyıb, elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində faktiki olaraq ciddi təkliflər irəli sürülməyib. Məlum olmayan səbəblərdən AMEA-da funksional şöbələr - analitik şöbə, proqnozlaşdırma şöbəsi, Dövlət Proqramları və İnnovasiyalar şöbəsi yaradılmayıb. Analiz göstərir ki, AMEA institutlarının işinin təkmilləşməsinə böyük ehtiyac var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsulla işləyən şöbə və laboratoriyalar fəaliyyət göstərir. Yeni prezidentin bütün bunları açıq və sərt dildə səsləndirməsi onun AMEA-da idarəçilik və elmi fəaliyyət baxımından təzə bir səhifənin açılmasına hazırlıq getdiyini əminliklə söyləmək mümkündür" - deyə mənbəmiz vurğulayıb.
Qaynağın sözlərinə görə, Akif Əlizadənin birdən-birə bu cür sərt formada danışması təsadüfi deyil: "O, uzun müddətdir AMEA-nın vitse-prezidentidir, yəni həmin problemlər haqqında yeni öyrənməyib. Amma indiyədək bu haqda danışmaması göstərir ki, Akif Əlizadə Elmlər Akademiyası daxilində islahatların keçirilməsi zərurəti barədə siyasi dairələrdən razılıq alıb, ona görə də belə açıq, sərt tənqidlər səsləndirməklə, gözlənilən reformların mesajını verir".
Mənbəmiz AMEA-nın yeni prezidentinin mümkün həmlələrindən ikisi haqqında ehtimallarını da bölüşdürüb: "Bunlardan biri Milli Elmlər Akademiyasının institutlarının iş prinsiplərinin dəyişdirilməsi, ələlxüsus ötən illər ərzində həmin institutlara ayrılan dövlət vəsaitlərinin və alınan elmi-tədqiqat layihələri üzrə qrantların necə xərcləndiyinin müəyyənləşdirilməsi, bundan sonra şəffaflığın təmin olunması ilə bağlıdır. Akif Əlizadə yeni prezident seçildikdən sonra onu da bəyan etmişdi ki, ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların apardığı işlər, dərc olunan nəşrlərin sayı, beynəlxalq jurnallarda iştirak nəzərə alınmalıdır.Onun bu sözləri də təsdiqləyir ki, indiyədək institutların maliyyələşməsində problemlər olub. Akif Əlizadənin bu istiqamətdə islahat, dəyişiklik həmləsi bir çox institut direktorlarının kefinə soğan doğrayacaq. Onlara ayrılan vəsaitlərin təftiş edilməsi isə institut direktorları üçün ikiqat qanqaraçılıq olacaqdır".
AMEA-nın yeni prezidentinin digər bir həmləsi ilə Elmlər Akademiyasının elmi işçilərinin maaş azlığından, dolanışıq çətinliyindən bəzi məmurlar üçün dissertasiyalar yazmasını önləmək olacaqdır: "Hər kəsə məlumdur ki, Azərbaycanda imkanlı və vəzifəli şəxslərin, onların övladlarının "alimliyə" iddia etməsi adi hala çevrilib. Bu isə ortaya plagiat, keyfiyyətsiz, saxta elmi işlərin, ən sonda isə heç bir elmi qabiliyyəti olmayan elmi dərəcəlilərin çıxmasına səbəb olur. Mətbuat dəfələrlə yazıb ki, imkanlı, vəzifəli şəxslərə, onların övladlarına elmi iş yazmaqda AMEA əməkdaşları xüsusi yardımçı olurlar, buna onlar məcburdular, çünki aldıqları maaşla yaşamaq mümkünsüzdür, belədə isə məcbur olub məmurlar və ya onların ailə üzvlərinə dissertasiya yazır, əvəzində o qədər də az olmayan məbləğdə qonorar alırlar.Artıq Milli Elmlər Akademiyası prezidentinin bu istiqamətdə də ciddi addımlar atacağı, yasaqlar gətirəcəyi, həmin qadağalara tabe olmayanların isə cəzalandırılacağı bildirilir. Bu isə ilk növbədə məmurlar və onların yaxınları üçün pis xəbər olacaq. Çünki "alimlik" iddialarını gerçəkləşdirmək üçün pulları olsa da, o pulların hesabına elmi iş yazacaq adamları tapmaq çətinləşəcək".
Mənbə maraqlı bir məqama da toxundu. Bildirdi ki, istisna edilmir ki, AMEA prezidenti ümumiyyətlə saxta elmi adlar, oğurluq dissertasiyalarla bağlı da təşəbbüslər göstərsin, Ali Attestasiya Komissiyası (AAK) ilə daha yaxından, ciddi əməkdaşlıq etsin. Əgər bu baş verərsə, pul və nüfuz gücünə elmi ad alan məmurları, onların ailə üzvlərini heç də yaxşı perspektiv gözləmir.

Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AMEA-da ciddi kadr problemi var”

    “AMEA-da ciddi kadr problemi var” ...

    22-11-2013, 11:46

  • 
  • 14 institut direktorunun səlahiyyət müddəti bitdi

    14 institut direktorunun səlahiyyət müddəti bitdi ...

    11-12-2013, 18:39

  • 
  • AMEA prezidenti Hacıbala Abutalıbovdan kömək istəyib

    AMEA prezidenti Hacıbala Abutalıbovdan kömək ...

    14-01-2015, 16:41

  • 
  • AMEA-da bəzi şöbələr ləğv edilib

    AMEA-da bəzi şöbələr ləğv edilib ...

    29-05-2013, 17:25

  • 
  • “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA vitse-prezidentindən AÇIQLAMA

    “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA ...

    14-11-2013, 13:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu