“Elmlər Akademiyasında ixtisarlar olacaq”. Bu barədə Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclis üzvü İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, uyğunsuz, işə yaramayan ştatların ixtisarı nəzərdə tutulub.
İ. Həbibbəyli Elmlər Akademiyasında institutların ləğv olunması ilə bağlı xəbəri təkzib edib. “İnstitutlarının bağlanması ilə bağlı iddialar həqiqəti əks etdirmir”.
Bununla yanaşı, İsa Həmidbəyli bildirib ki, AMEA-da islahatlar davam edir, artıq yeni əsasnamə hazırlanır. “Əsasnamə sonuncu dəfə 2003-cü ildə yazıldığından bugünkü reallıqlara cavab vermir. Yeni nizamnamənin qəbul olunması üçün komissiya işləyir və ilin sonuna qədər layihə təsdiq olunacaq”.
İ. Həbibbəyli qeyd edib ki, ola bilsin ki, AMEA tərkibindəki institutların adları və strukturları dəyişdirilsin. “Bu istiqamətə uyğun proseslər gedir. Akademiyada yeni şöbələr yaradılır. Struktur islahatları Akademiyanın bütün institutlarında başlanılıb. Rəyasət Heyətində isə islahatların başa çatıb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?