GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Avtomobil sürməyə yeni başlayanlara məsləhətlər

Avtomobil sürməyə yeni başlayanlara məsləhətlər

Tarix: 14-08-2016, 17:22 Bölmə :Maraqlı Baxış: 660
Avtomobil sürməyə yeni başlayanlara məsləhətlər

Hər gün yüzlərlə insan sürücülük vəsiqəsi alır və öz avtomobilinin sükanı arxasına keçəcəyi və yol hərəkətinin tamhüquqlu iştirakçısına çevriləcəyi anı həyəcanla gözləyir. Amma avtomobil məktəbindəki təlim gələcək sürücülər üçün zəruri olan biliklərin yalnız kiçik bir hissəsini verir.

gundemxeber.az atv.az-a istinadən bildirir ki, avtomobil həvəskarının əsl avtomobil sürücüsü olması və sükan arxasında özünü inamlı hiss etməsi üçün o, bilavasitə yolda hərəkət zamanı çox şeylər öyrənməlidir. Bu məqalədə biz avtomobil sürməyə yeni başlayan sürücülərin işini bir qədər asanlaşdırmaq üçün onlara avtomobilin idarə olunması ilə bağlı bir neçə məsləhət verəcəyik.

Qorxunu dəf edin. Bəzi yeni sürücülər üçün avtomobil qarşısında psixoloji qorxunu dəf etmək çətindir, hətta onlar sürücülük vəsiqəsi alsalar belə, avtomobili idarə etməyə qorxurlar. Bu qorxudan yaxa qurtarmağın bircə yolu var: avtomobili idarə etməyə başlamaq. Avtomobili sürməkdən nə qədər qorxsanız da, onu yalnız zəruri hallarda deyil, kifayət qədər tez-tez sürməyə çalışın. Çünki avtomobili nadir hallarda sürsəniz, bu sizin ustalığınızı artırmayacaq, əksinə, psixoloji qorxunuz daha da artacaq.

Dözümlü olun. Yol hərəkətinin bütün iştirakçılarına dözümlülüklə yanaşın, yol hərəkətinin bəzi iştirakçılarının yol verdiyi kobudluqlara cavab verməyin. Eyni zamanda, özünüz də heç vaxt kobudluq etməyin. Hətta sizə elə gəlsə ki, sürücülərdən kimsə avtomobil sürməyi bacarmır və ya hamıya mane olur, yenə də emosiyalarınızı cilovlayın. Yadda saxlayın ki, onun yerində siz də ola bilərsiniz. Daim təmkinli olmağa çalışın, çünki yolda xoşagəlməz vəziyyətlər kifayət qədər tez-tez baş verir və əgər hər dəfə əsəbləşsəniz, sinir sisteminiz buna tab gətirməz. Emosiyalarınıza nəzarət etməyi öyrənin və yol hərəkətinin bütün iştirakçılarına nəzakətlə yanaşın.

Diqqəti yayındırmayın. Avtomobil sürməyi yeni başlayan sürücülərin bütün diqqəti yolda olmalıdır. Buna görə ilk vaxtlar bütün kənar səslərdən imtina edin: sükan arxasında musiqiyə qulaq asmayın, telefonla danışmayın. Əgər avtomobilinizdə sərnişin varsa, xahiş edin ki, söhbətləri ilə diqqətinizi yoldan yayındırmasın.

Parkinq. Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur, yeni sürücülərdən isə danışmağa dəyməz. Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz. Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir. Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın. Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.

Yola çıxarkən avtomobili yoxlayın. Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır. Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yoldan çıxaraq dəmir məhəccərə çırpılan avtomobil alışıb

    Yoldan çıxaraq dəmir məhəccərə çırpılan avtomobil ...

    13-09-2015, 13:52

  • 
  • Bu xəbəri sürücülər oxusun - ŞOK CƏZA TƏTBİQ OLUNDU

    Bu xəbəri sürücülər oxusun - ŞOK CƏZA TƏTBİQ ...

    31-07-2015, 00:01

  • 
  • Avtomobildə çəkələk problemi (VİDEO)

    Avtomobildə çəkələk problemi (VİDEO) ...

    5-08-2015, 14:19

  • 
  • Qəzaya düşən avtomobil yandı

    Qəzaya düşən avtomobil yandı ...

    3-08-2016, 17:54

  • 
  • Xaçmazda avtomobil yanıb

    Xaçmazda avtomobil yanıb ...

    5-02-2016, 22:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu