Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Yusifov Üzeyir Milan oğlunun idarə etdiyi 90-CS-838 dövlət nömrə nişanlı, "Nissan Murano" markalı minik avtomobili yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.
Mühərrikdə qəflətən başlayan yanğın qısa vaxtda bütün avtomobili əhatə edib.
Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı xəsarət almasa da, avtomobil tamamilə yararsız hala düşüb.
Sorğu
Yeni dizaynımız necədir?