GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Kinonu əlimizdən necə alırlar

Kinonu əlimizdən necə alırlar

Tarix: 1-09-2016, 19:21 Bölmə :Maraqlı Baxış: 697
Kinonu əlimizdən necə alırlar

Kinoteatr biznesi son 10 il ərzində xeyli dəyişikliyə uğrayıb: əgər əvvəllər kassaların önündəki uzun-uzadı növbələr çətinliklər yaradırdısa, indi boş qalmış zallar problemə çevrilib. Bu yeni bəla ilə həmin sahənin menecerləri müxtəlif yollarla mübarizə aparırlar və bu heç də həmişə uğurlu alınmır.

Teatr və kino zallarında tamaşaçıların sayının azalması dünyanın bürün ölkələrində həyəcanlı trenddir. Avropa tədqiqatçı kino agentlikləri şəbəkəsinin məlumatlarına görə, bu göstərici Fransada 6%, İsveçdə 3%, Finlandiyada isə 4% aşağı düşüb.

Azərbaycan da istisna deyil. Əgər sovet dövründə insanlar həvəslə kinoteatrlara gedirdilərsə, indi yalnız xüsusi məşhurluq qazanmış filmlərə, yaxud da dünya premyeralarına tamaşa etməyə gəlirlər. Əsas tamaşaçı kütləsi isə 16-25 yaş arası gənclərdir. Daha yuxari yaşlı, ələlxüsus da orta yaşdan yuxarı tamaşaçılar çox azdır – televizor, kompüter və digər informasiya daşıyıcıları onlar üçün kinozalı müvəffəqiyyətlə əvəz edir.

Kinonu əlimizdən necə alırlar

Bu gün nadir hallarda iPad və ya Galaxy-yə kino yükləməyən adama rast gələ bilərsiniz. Bundan əlavə, torrentlərdən, televiziyanın interaktiv servislərindən və i.a. istifadə olunur.

Foyedə qəhvə və oyun avtomatları, zalda popkorn və əlbəttə, cəlbedici xarici məhsul gətirmək kimi müxtəlif yollara əl atmaqla Azərbaycan kinoteatrları tamaşaçını cəlb edə, başqa sözlə, ayaqda dura bilirdilər. Lakin 5 il öncə, “Azərbaycanın dövlət dili haqqında” qanuna müvafiq olaraq, Mədəniyyət və Turizm Nazirliyi yerli kinoteatrlarda nümayiş etdirilən bütün filmlərin icbari qaydada Azərbaycan dilinə tərcümə edilməsi barədə göstəriş verdi. Özü də tərcüməni filmi nümayiş etdirən şirkətlərin özləri icra etməli idilər. Mədəniyyət nazirliyinin tələbinin, müvafiq olaraq, respublika qanununun yerinə yetirilmədiyi halda isə həmin müəssisə cərimə olunur.

Kinonu əlimizdən necə alırlar

Lakin idarə yerli kino biznesi üçün ixtiyari olaraq, yaxud bilaixtiyar “əl yeri” də qoyub: bəzən Azərbaycan tamaşaçısına dünya şedevrlərini tez-tələsik edilmiş səsli tərcümə olmadan baxmaq da nəsib olur - əcnəbi dildə film Azərbaycan dilində alt yazı ilə təchiz edilibsə. Yeni qaydalara görə, bu pozuntu sayılmır. Tamaşaçının bu alt yazısına fikir verib-verməməsi isə əhəmiyyətli deyil.

Bakıdakı kino zallarının vəziyyətdən necə çıxması barədə virtualaz.org-a ölkəmizdə məşhur kino istehsalçısı olan “Paramount Pictures” şirkətini təmsil edən “Cinema distribution” şirkətinin direktoru Faiq Kazımov danışıb.

Bütün dünyada məşhur olan kino şirkətlərinin təmsilçilərinin uğurunun əsasını xarici ölkələrdə ekrana yenicə çıxan filmlərin dərhal, operativ nümayiş etdirilməsidir. Belə olan halda, az müddətə olsa da, kinoteatrlar interneti və televiziyanı qabaqlayırlar və tamaşaçını özlərinə cəlb edə bilirlər.

Kinonu əlimizdən necə alırlar

Faiq Kazımov

“Lakin Mədəniyyət nazirliyinin irəli sürdüyü tələblər işimizi xeyli çətinləşdirir. Alt yazıları nəinki ingilis dilində nümayiş etdirilən filmləri, eyni zamanda, nəyə görəsə bizdə, demək olar ki, hamının bildiyi rus dilində filmləri də müşayiət etməlidir. Bununla birlikdə, məşhur kino istehsalçıları əvvəlcədən heç kimi, hətta öz distribyutorlarını belə kontentə yaxın buraxmırlar. Başqa sözlə, biz filmi yalnız premyeradan sonra görürük və yalnız bundan sonra tərcüməyə başlayırıq ki. bu da müəyyən qədər vaxt tələb edir. Filmin nümayişinin belə gecikmə ilə nümayişi isə praktiki olaraq kino sənayemizi məhv edir – artıq internetə yerləşdirilmiş, yaxud da hansısa aparıcı televiziya kanalı ilə nümayiş etdirilmiş filmə baxmağa kim gələr?” – kinomenecer deyir. Bu həmin sahənin inkişafı üçün ciddi olsa da, yeganə çətinlik deyil. Yerli dublyajın çox aşağı səviyyədə olması da az problemlər törətmir. İş o yerə çatır ki, kino məhsulunun alternativ izlənmə imkanlarının olmaması hətta Azərbaycan dilini gözəl bilənləri belə qorxudur.

“Dublyaj və alt yazısı prosesi özü-özlüyündə mürəkkəb və həcmli işdir. Lakin iş həm də onunla çətinləşir ki, MDB üzrə mərkəzi distribyutorlar, adəti üzrə, Moskvadakılar, müəllif hüquqlarının qorunması xatirinə bizə dialoq vərəqələrini də göndərməkdən imtina edirlər ki, filmi tərcüməyə vermək imkanımız olsun. Buna görə də, gözləməyə məcburuq, film əlimizə düşsün ki, onu tərcüməyə verək. Yalnız o zaman alt yazının növbəsi yetişir və bütün proses azı 2 həftə vaxt aparır.

Əsas distribyutorların Azərbaycan bazarına elə də maraqları yoxdur, filmləri tərcümə etmək və alt yazıları hazırlamaq onlara sərf etmir. Əgər filmlər altı Amerika meycorları (nəhəng şirkətləri) tərəfindən çəkilibsə, müqavilələr birbaşa distribyutorlarla şirkətlər arasında bağlanır və filmlərin dublyaj xərcini meycorlar öz üzərinə götürür. Lakin onlar da filmlərin Azərbaycan dilinə tərcüməsində maraqlı deyilər, çünki bizim bazar onlar üçün yox həddindədir. Buna görə də, özümüz vəziyyətdən çıxış yolu axtarmalı oluruq.

Kinonu əlimizdən necə alırlar

Eyni zamanda, dublyaj vəsait tələb edən işdir: bir filmin tərcüməsi 20-25 min dolara başa gəlir, çünki “Dolby” sistemində səsləndirmə Londonda aparılır. Bizim belə vəsaitimiz yoxdur. Kommersiya təşkilatıyıq, məlum olduğu kimi, biznes gəlir gətirməlidir, əks halda, onu ləğv etmək lazımdır. Bizim halda isə bu kinoteatrı bağlamaq deməkdir. Misal üçün, hazırda “ƏIi və Nino” filmini Azərbaycan dilinə dublyaj edirik və bu işlə məşhur aktyorlar məşğuldur. Bu əsərin ədəbiyyatımızın klassikası olduğunu nəzərə alaraq, dublyajın keyfiyyətli alınmasına çalışırıq, asan olmayan bu prosesi özümüz maliyyələşdiririk. Lakin kino üçün bu həddən çox itirilmiş vaxt deməkdir. Biznesimizin maraqları, müstəsna olaraq xalq üçün mövcud olsa belə, heç kim tərəfindən nəzərə alınmır”, - Faiq Kazımov hesab edir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov onunla qəti razı deyil. Məmurun sözlərinə görə, filmlərin dövlət dilində nümayişi tələbi kiminsə, yaxud bütövlükdə Mədəniyyət və Turizm Nazirliyinin tələbi deyil, qanunla şərtləndirilib.

“Kino şirkətlərinin onları kontentə, distribyutorlarınsa dialoq vərəqlərinə yaxın buraxmamaları kimi sözlər bəhanədir. Yadima gəlir ki, ingilis dilində nümayiş etdirilən filmlərə alt yazı tələbi qoyulanda da kino menecerləri belə hiddətlənirdilər. Lakin indi onlar alt yazı ilə nümayiş etdirilir və qorxulu heç bir şey baş verməyib. Ona görə də, qoy rus dilində nümayiş etdirilən filmləri də alt yazı ilə təchiz etsinlər. Bu ki ilk novbədə kinoteatrların sahibləri üçün sərfəlidir, axı müvafiq alt yazı olmayandan sonra onlar Azərbaycan dilli tamaşaçılarını itirirlər.

Güman edirəm ki, rus dilindən tərcümə tamaşaçıların sayının azalmasına gətirib çıxarmayacaq, çünki gənc nəsil bu dili elə də yaxşı bilmir. Ana dilində isə hamı yazıb-oxumağı bacarır. İstisna etmək olmaz ki, Mədəniyyət nazirliyinin qərarı kinoteatrlarda tamaşaçıların sayını artıracaq”, - Y.Şeyxov belə nəticə çıxarır.

Zəruri alt yazıları hazırlanana qədər bizim kinoteatrların dünya premyeralarına kifayət qədər gecikməsini isə o, yalnız kino prokatçılarının özlərinin həll etməli olduqları problem hesab edir.

“Tənzimləyici orqan kimi, biz filmlərin ekrana Azərbaycan dilində alt yazısı ilə çıxmasında israrlıyıq. Bu qaydalara riayət edə bilməyənlər 2000 manat məbləğində cərimələnəcəklər. Dövlət orqanı kimi bizim xidmətlər buna ciddi nəzarət edirlər.

Yeri gəlmişkən, kinoteatrlara “Ben-Qur” filminin rus dilində nümayişinə icazənin verilməməsi alt yazının olmaması ilə bağlıdır. Biz ki tam dublyaj tələb etmirik, yalnız alt yazı tələb edirik ki. bu da xeyli sadədir”, - məmur təkzibolunmaz tərzdə bildirir.

Bir sözlə, necə deyərlər, problem azdırsa, onu mütləq kimsə fikirləşib tapacaq. Azərbaycan kino prokatı ilə qarşıdurmada Mədəniyyət nazirliyinin məmurlarının başgicəlləndirici manevrləri də bu aforizmin doğruluğunu isbatlayır. Bu dəfə onlar ortaya vətən kino sənayesinin azərbaycanlaşdırılması kimi güclü silah atıblar. Bunun nə dərəcədə zəruri olması barədə mübahisə etmirik, qeyd edək ki, dublyaj və alt yazıların hazırlanması üçün dövlətin yardımı mane olmazdı. Azərbaycanın dövlət dilinə keyfiyyətli tərcümənin hazırlanması üçün istehsal gücləri, distribyutorların və kinoteatrların sponsorlaşdırılması tələb olunur. Yalnız bu halda filmlərin Azərbaycan variantları nəinki ucuz, həm də qat-qat keyfiyyətli ola bilər.

Bütün digər hallarda əhalini təhrif olunmuş Azərbaycan dilinə öyrədən necə gəldi hazırlanmış ucuz tərcümələr nəyə lazımdır? Bu işlə məşğul olan 100-200 nəfərin işsiz qalması üçünmü? İstənilən halda Mədəniyyət nazirliyinin düşünülməmiş addımı indiki şəkildə nə tamaşaçıya, nə də kino sənayesinə xeyir gətirmir.

Zaur Rəsulzadə

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kino tarixinin ən cəsarətli erotik səhnələri - Fotolar

    Kino tarixinin ən cəsarətli erotik səhnələri - ...

    2-12-2014, 00:40

  • 
  • Avropanın ən yaşlı ölkələri

    Avropanın ən yaşlı ölkələri ...

    28-06-2016, 23:26

  • 
  • Dubay əmirinin azərbaycanlı məmur oliqarxla televizor biznesi

    Dubay əmirinin azərbaycanlı məmur oliqarxla ...

    30-04-2013, 12:47

  • 
  • Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlirlər

    Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlirlər ...

    18-02-2016, 15:16

  • 
  • Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla bilər

    Hərbi xidmətə çağırışın yuxarı yaş həddi artırıla ...

    27-11-2013, 20:06


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (328)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu