Ərəb şəhərində televizor gətirən azərbaycanlı biznesmenlərdən gömrük xidmətinə şok ittihamlar
Dubaydan Azərbaycana televizor gətirən biznesmenlər həm Dubay, həm də Azərbaycan gömrük xidmətinin onlardan rüşvət almasından şikayətlənirlər. Bununla bağlı mediaya müraciət edən bir qrup biznesmen Dubay şəhərindən satış məqsədiylə gətirdikləri televizor üçün AZAL-da xidmət edən gömrükçülərin böyük məbləğdə rüşvət aldıqlarını bildirirlər. "Dubaydan televizor üçün AZAL-ın nümayəndəliyi rüşvət kimi əlavə pul alırlar. İndi Dubay gömrüyünə televizorun qutusunun qabarıq ölçülərinin cəmi 210 santimetri keçəndə 150 avro, 2 televizor gətirən isə 50 avro rüşvət verilməlidir. Bakıda isə bir televizor havayı, digər televizorlar isə qabaritindən asılı olaraq onlara rüşvət olaraq ödənilir." İş adamlarından olan azərbaycanlıların sözlərinə görə, əvvəllər belə problemlə rastaşmayıblar. "İndi isə bizə açıq şəkildə deyirlər ki, Azərbyacanda televizor biznesinə Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovun oğlu nəzarət edir. Bu səbəbdən də elə Dubay gömrüyündə də azərbaycnalılardan əlavə rüşvət alırlar ki, oradan televizor gətirməsinlər. Deyəsən Dubay əmiri də bu biznesin içindədir. Onun göstərişi olmadan Dubay gömrüyündə bu cür özbaşınalıq edə bilməzlər." Əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?