Zəvvarların sayının azalmasının səbəbinin iqtisadi böhran olduğu bildirilir
2016-cı ildə Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 2015-ci illə müqayisədə iki dəfə azalıb. Ötən il Həcc ziyarətinə 2300 nəfər gedib. Bu il Azərbaycandan olan zəvvarların sayı 1050 olacaq. Zəvvarların sayının azalmasının səbəbinin iqtisadi böhran olduğu bildirilir.
Zəvvarlar Məkkəyə sentyabrın 2-də yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsindən "Turan" agentliyinə verilən məlumata görə, sentyabrın 2-dən 4-dək hər gün hər birində 350 zəvvar olmaqla iki reys yola düşəcək.
Uçuş hər gün saat 08.00 və 18.30-da olacaq.
Həcc zamanı 4 yerlik otel otağında qalmaq və yemək 4500, 6 nəfərlik otaqda qalmaq 3500 dollara başa gəlir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?